Trampın qələbəsi Makronun yuxusunu qaçırdı: ABŞ Avropanın arxasından çəkiləcəkmi?
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir. Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib. Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılması vacibliyindən danışıb. Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-ın siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Qərb Trampın gözlənilən bəzi qərarlarından indidən narahatdır: "The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu əsassız deyil. Tramp böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”. Makrona gəldikdə, Parisin “suveren Avropa” ideyası yeni deyil. Bunu Fransanın keçmişdəki liderləri də reallaşdırmaq istəyiblər, ancaq heç bir nəticə əldə etməyiblər. Çünki Fransadan başqa digər Avropa dövləti “suveren Avropa” ideyasına inanmır. ABŞ olmasaydı, Avropanın az qala mərkəzində - Bosniyada müharibəni dayandırmaq mümkün olmayacaqdı. Elə Ukraynaya ən böyük maliyyə və hərbi dəstək “suveren Avropadan” deyil, ABŞ-dan gəlib".
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















