Trampın Rusiya seçimi: ABŞ ın qırmızı xəttini keçir? | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və ABŞ İstanbulda keçirilən danışıqlarda diplomatik missiyaların maneəsiz maliyyələşdirilməsini təmin etmək və “diplomatların öz rəsmi vəzifələrini yerinə yetirmələri üçün müvafiq şərait” yaratmaq üçün birgə addımlar barədə razılığa gəliblər”.
Tərəflər digər məsələlərlə yanaşı, 2016-2018-ci illərdə müsadirə edilmiş diplomatik əmlakın Rusiyaya qaytarılmasını müzakirə ediblər.
Məsləhətləşmələr məzmunlu və işgüzar şəkildə keçirilib. Moskva və Vaşinqtonun bu kanal vasitəsilə dialoqu davam etdirəcəyi vurğulanıb.
Bəs razılığın nəticələri regional təhlükəsizlik məsələlərinə necə təsir edəcək?
Bu barədə Moderator.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Rusiya və ABŞ arasında diplomatik münasibətlərin bərpa olunması barəsində danışmaq hələ tezdir: “Nəzərə alsaq ki, bu günlərdə Rusiya ilə münasibətlərin normallaşmasının qızğın tərəfdarı olan Donald Tramp Ukrayna- Rusiya arasında sülh müqaviləsi bağlanmadığına görə vaxtilə Co Bayden hakimiyyəti tərəfindən Rusiyada tətbiq olunmuş sanksiyaların müddətinin uzadılması ilə bağlı sərəncam imzaladı.
Bu o deməkdir ki, hazırkı Amerika hakimiyyəti istəsə belə, Rusiya ilə Ukrayna arasında münasibətlər normallaşmadığı müddətdə ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması qeyri- mümkündür.
Son zamanlar Avropa dövlətlərinin Amerika Birləşmiş Ştatları üzərində ciddi basqısının şahidi oluruq.
Tam oxu
Xəbəri oxu