Icma.az
close
up
RU
Trampın Rusiya seçimi: ABŞ ın qırmızı xəttini keçir?

Trampın Rusiya seçimi: ABŞ ın qırmızı xəttini keçir?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya və ABŞ  İstanbulda keçirilən danışıqlarda diplomatik missiyaların maneəsiz maliyyələşdirilməsini təmin etmək və “diplomatların öz rəsmi vəzifələrini yerinə yetirmələri üçün müvafiq şərait” yaratmaq üçün birgə addımlar barədə razılığa gəliblər”.

Tərəflər digər məsələlərlə yanaşı, 2016-2018-ci illərdə müsadirə edilmiş diplomatik əmlakın Rusiyaya qaytarılmasını müzakirə ediblər. Məsləhətləşmələr məzmunlu və işgüzar şəkildə keçirilib. Moskva və Vaşinqtonun bu kanal vasitəsilə dialoqu davam etdirəcəyi vurğulanıb. Bəs razılığın nəticələri regional təhlükəsizlik məsələlərinə necə təsir edəcək?

Bu barədə Moderator.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Rusiya və ABŞ arasında diplomatik münasibətlərin bərpa olunması barəsində danışmaq hələ tezdir:

 “Nəzərə alsaq ki, bu günlərdə Rusiya ilə münasibətlərin normallaşmasının qızğın tərəfdarı olan Donald Tramp Ukrayna- Rusiya arasında sülh müqaviləsi bağlanmadığına görə vaxtilə Co Bayden hakimiyyəti tərəfindən Rusiyada tətbiq olunmuş sanksiyaların müddətinin uzadılması ilə bağlı sərəncam imzaladı. Bu o deməkdir ki, hazırkı Amerika hakimiyyəti istəsə belə, Rusiya ilə Ukrayna arasında münasibətlər normallaşmadığı müddətdə  ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması qeyri- mümkündür. Son zamanlar Avropa dövlətlərinin Amerika Birləşmiş Ştatları üzərində ciddi basqısının şahidi oluruq. Xüsusilə, Avropa İttifaqı (Aİ) və NATO formatında Avropa ölkələrinin daha sıx birləşməsi fonunda ABŞ-ın Rusiya ilə müəyyən yaxınlaşma meyilləri nümayiş etdirməsi tənqidlərə səbəb olub. Avropa liderləri, xüsusilə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Rişi Sunak, son günlərdə ABŞ-a səfər edərək, Vaşinqton administrasiyasını Rusiyaya qarşı daha ehtiyatlı yanaşmağa və Ukraynaya sona qədər dəstək verməyə çağırıblar. Bu diplomatik gərginliyin maraqlı bir məqamı isə ABŞ siyasətində ziddiyyətli açıqlamaların ortaya çıxması olub. Xüsusilə, Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskini "diktator" adlandırması və daha sonra bu sözlərindən imtina etməsi diqqət çəkən hadisələrdən biri kimi yadda qaldı. Böyük Britaniya Baş naziri ilə görüş zamanı bütün bunlar onu göstərir ki, Amerika Birləşmiş Ştatları həqiqətən də şəxslər deyil, dövlət institutları tərəfindən idarə olunan bir dövlətdir və burada şəxslərin nə qədər də müstəqil hərəkət etmək istəyi qanunlarla sanksiyalaşdırılmışdır və fərdlərin bu məsələdə müstəqil qərar qəbul etmə imkanları limitlidir”.

Politoloq hesab edir ki, Rusiyanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin normallaşması Ukrayna ilə ədalətli sülhün əldə edilməsindən keçir. Bu ədalətli sülhlə bağlı da Ukrayna tərəfinin münasibəti ondan ibarətdir ki, Ukrayna Rusiyadan BMT tərəfindən tanınan ərazilərinin suverenliyinin qəbul olunmasını istəyir və bura Krım, Donetsk və Luqansk bölgələri, eləcə də sonradan Rusiya tərəfindən işğal edilən Zaporojye və Xerson ərazilərinin Ukraynanın tərkib hissəsi kimi tanınması daxildir

“Rusiya və onun hazırkı rəhbəri Vladimir Putin nə qədər ki, Ukraynanın ərazi bütövlüyünü tanımayacaqdı, Tramp nə qədər cəhd etsə belə, onu hazırkı vəziyyətindən xilas edə bilməyəcək. Çünki ABŞ təkcə Trampın iradəsindən asılı deyil. ABŞ- da müstəqil hakimiyyət qolları - konqres, senat və məhkəmə hakimiyyəti mövcuddur. Əgər Tramp Amerikanın milli maraqlarını Rusiya və onun lideri qarşısında güzəştə getsə, bu, onun Putini hazırkı böhranlı vəziyyətdən çıxarmasından daha çox, öz hakimiyyətini itirməsi ilə nəticələnə bilər. Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Amerika arasında əldə olunmuş diplomatik missiyaların fəaliyyətinin yenidən təşkil edilməsi ilə bağlı razılaşma elə Trampın özünün də qeyd etdiyi kimi, Amerikanın Rusiya -Ukrayna müharibəsinə yanaşmasından asılı olacaqdır”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri