Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Pərviz Heydərov yazır...
Donald Trampın Ağ Evdə fəaliyyətə başlamasından, ümumiyyətlə, onun növbəti dəfə hakimiyyətə gəlişindən sonra həm dünya iqtisadiyyatı, həm də siyasi arenası baxımından hələ qabaqcadan çox şeylər gözlənilirdi.
Hansı ki, bu gözləntilərin bir qismi artıq, gerçəkləşməyə başlayıb.
Yeri gəlmişkən, bu gözləntilər sırasında yaxşılığa doğru ümidverici olanlar da var idi, narahatedici olanlar da...
Görünən budur ki, hələlik bunlardan yalnız sonuncular reallaşmağa start götürüb. Söhbət, nəhənglər arasında ticarət müharibəsindən gedir.
ABŞ prezidenti Donald Tramp tərəfindən ötən həftəsonu Kanada və Meksikadan idxal edilən mallara 25, Çindən idxal edilən mallarasa 10% rüsum tətbiq olunması haqda fərman imzalanıb.
Bu sənəd fevralın 4-də Vaşinqton vaxtı ilə saat 12:01-dən etibarən qüvvəyə minməli idi.
Qeyd olunan təhdiddən sonra sözügedən üç ölkənin necə reaksiya göstərəcəkləri isə maraq doğururdu. Lakin bir qədər əvvələ qayıtmaq istərdim.