Icma.az
close
up
RU
Trampın siyasəti qlobal ticarət müharibəsinə səbəb ola bilərmi?

Trampın siyasəti qlobal ticarət müharibəsinə səbəb ola bilərmi?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Donald Trampın Ağ Evdə fəaliyyətə başlamasından, ümumiyyətlə, onun növbəti dəfə hakimiyyətə gəlişindən sonra həm dünya iqtisadiyyatı, həm də siyasi arenası baxımından hələ qabaqcadan çox şeylər gözlənilirdi.

Hansı ki, bu gözləntilərin bir qismi artıq, gerçəkləşməyə başlayıb.

Yeri gəlmişkən, bu gözləntilər sırasında yaxşılığa doğru ümidverici olanlar da var idi, narahatedici olanlar da... Görünən budur ki, hələlik bunlardan yalnız sonuncular reallaşmağa start götürüb. Söhbət, nəhənglər arasında ticarət müharibəsindən gedir.

ABŞ prezidenti Donald Tramp tərəfindən ötən həftəsonu Kanada və Meksikadan idxal edilən mallara 25, Çindən idxal edilən mallarasa 10% rüsum tətbiq olunması haqda fərman imzalanıb. Bu sənəd fevralın 4-də Vaşinqton vaxtı ilə saat 12:01-dən etibarən qüvvəyə minməli idi. Qeyd olunan təhdiddən sonra sözügedən üç ölkənin necə reaksiya göstərəcəkləri isə maraq doğururdu.

Lakin bir qədər əvvələ qayıtmaq istərdim. Məsələ bundadır ki, D.Tramp seçkidə qalib gələn kimi birjalarda buna müsbət reaksiyalar qeydə alındı. Hətta, kriptovalyuta bazarında belə bahalaşma baş verdi. Nəyə görə? Çünki D.Tramp xüsusən strateji məhsullar üzrə bazarlarda sabitliyin tərəfdarıdır və hər cür birtərəfli şəkildə qiymət diktəsi ritorikasının əleyhinədir.

Məsələn, Trampa görə neftin hazırkı qiymət səviyyəsi yüksəkdir.

Sözügedən şəxs hələ birinci prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollardan yuxarıda saxlamaqda günahlandırırdı. D.Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır.

D.Trampa görə ABŞ valyutası elə bir dəyərə malik olmalıdır ki, alıcılıq qabiliyyəti yüksək təşkil etsin. D.Tramp qonşu ölkələrin, o cümlədən Avropa Birliyi və Çinin ABŞ iqtisadiyyatından və bazarından öz mənfəətləri üçün az istifadə etməli olduqları istəyindədir.

Ümumiyyətlə, ABŞ imkanlarından, maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoymaq yeni ABŞ liderinin siyasətində əsas qayə və məqsəd daşıyır.

Bəs bunun dünya iqtisadiyyatına nə kimi təsirləri ola bilər?

ABŞ iqtisadiyyatı bu siyasətdən nələr əldə edəcək və yaxud əldə edə bilər?

Amerika valyutası olan dollar bütün bunların nəticəsində hansı dəyəri qazanacaq?

Və nəhayət, Azərbaycan baş verəcəklərdən qazanacaq, yoxsa itirəcək? Manata hansısa təsirlər olacaqmı?

İqtisadiyyatın öz qanunları var. Ağ Evin bundan sonra qarşıdakı dörd il ərzində sahibi olacaq yeni Prezident Donald Tramp özü iş adamıdır. Və bu qanunları çox yaxşı bilir. Tramp da çox gözəl başa düşür ki, istənilən istiqamətdə və sahədə rüsumları artırmaq qiymət yüksəlişinə gətirib çıxarır ki, bu isə avtomatik inflyasiya deməkdir.

Ümumiyyətlə, qarşılıqlı alış-veriş və ticarət əlaqələrində daha üstün mövqeyə sahib olmaq üçün idxalı məhdudlaşdırmaq deyil, ixracı stimullaşdırmaq tələb olunur.

Məsələ isə bundadır ki, ABŞ qeyd olunan tərəfdaşlarla alış-veriş və ticarətdə xeyirdən çox zərər əldə edir. Belə ki, rüsumu artırdığı yuxarıda adıçəkilən bütün tərəfdaş ölkələrlə ticarətdə mənfi saldoya, başqa sözlə desəm, kəsirə sahibdir.

Konkret olaraq Avropa Birliyi ilə bu sahədə rəqəm 350 milyard dollar təşkil edir.

"Onlar bizim avtomobilləri qəbul etmirlər, bizim kənd təsərrüfatı məhsullarını qəbul etmirlər. Onlar demək olar ki, heç nəyimizi qəbul etmirlər, biz isə onların hər şeyini qəbul edirik - milyonlarla avtomobildən tutmuş külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsullarına kimi", - deyə Tramp Avropa Birliyi ilə mövcud ticarət əlaqələrinə dair şikayət edib.

Eyni vəziyyət Kanada, Meksika və Çinə də aiddir. Təsadüfi deyil, Avropa Birliyi, Kanada və Meksika D.Trampın addımına qarşı adekvat tədbir görəcəklərini dərhal bəyan etsələr də, Çin eyni təhdidlə bağlı hər hansı münasibət açıqlamadı. Niyə?

Ona görə ki, Çin ABŞ bazarından daha çox xeyir götürür. Və odur ki, D.Trampın birinci prezidentliyi dövründə də bu iki nəhəng arasında ticarət müharibəsi alınmadı, baş tutmadı.

Bütün bu qeyd olunanlara əsasən, gəlinən qənaət budur ki, ABŞ tərəfindən birtərəfli qaydada rüsumları artırmaq və yaxud vergi tətbiqi siyasəti əslində, heç də hər hansı bir qlobal iqtisadi müharibəyə və sairəyə gətirib çıxartmayacaq.

Artıq, Kanada və Meksika ilə bağlı sözügedən məsələ bir ay sonraya təxirə salınıb. Çin isə, ABŞ təhdidinə qarşı əvvəl heç bir münasibət açıqlamasa da 10%-lik rüsum qüvvəyə minən kimi "cavab atəşi" açıb. Belə ki, Pekin bəzi ABŞ məhsullarına yeni tariflər elan etməklə yanaşı, "Google"a qarşı da yeni araşdırma başladıb.

Ümumiyyətlə Çin, ABŞ-dən idxal edilən kömür və mayeləşdirilmiş təbii qaza (LNG) 15%, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10% rüsum tətbiq edib. Qərar fevralın 10-dan qüvvəyə minəcək.

Eyni zamanda, ABŞ-nin rüsum tədbirləri ilə bağlı Ümumdünya ticarət təşkilatına da şikayət xarakterli müraciət olunub.

Göründüyü kimi, rüsum tətbiqi heç də asan məsələ deyil. Hələ onu qeyd etmirəm ki, Trampın siyasəti qarşı tərəfdəkilər heç bir cavab tədbiri görməsələr belə ABŞ üçün neçəyə başa gələcək.

Yuxarıda yazdım ki, istənilən rüsum artımı qərarı avtomatik olaraq inflyasiya deməkdir. Bu isə iqtisadi artımı buxovlayan amildir.

Məsələn, ABŞ iqtisadiyyatı keçən il 2.8 % artıbsa, bahalı import əməliyyatları bunu cari ilin sonuna daha çox, yəni 1.5%-ə, növbəti ildəsə ən yaxşı halda 2.1%-ə endirə bilər.

Sözün qısası, bəli, Ağ Evin yeni sahibi özü demişkən, birinci Prezidentlik dövrünün sonunda dərhal ikinci dəfə də Dövlət başçısı postunda qalsa idi çox güman, hazırda dünya nə iqtisadi nöqteyi-nəzərdən, nə də siyasi baxımdan indiki vəziyyətdə olmazdı.

Təkrar edirəm, D.Tramp iqtisadi sferanın adamıdır və iş adamıdır, iqtisadi qanunları yaxşı bilir, siyasi münasibətlərə və arenaya öncə maddi maraqlar prizmasından baxır və yanaşır.

Odur ki, ABŞ-nin iqtisadi mənafeyi onun üçün ilkin şərtdir.

Bu isə o deməkdir ki, hansısa siyasi ambisiyalar naminə iqtisadi maraqları qurban vermək D.Tramp üçün yaddır.

ABŞ-nin yeni liderinin siyasəti nəticəsində yalnız iki cəhət özünü təzahür etdirə bilər ki, o da bunlardan ibarətdir. Birincisi, dolların bahalaşacağı, ikincisi isə neftin ucuzlaşacağı ehtimalı mövcuddur. Birinci, onsuz da özünü göstərməkdədir. Lakin ölkəmiz üçün bunlardan yalnız sonuncu ciddi təhdid və təhlükə xarakteri daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri