Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, ABŞ lideri Donald Trampın ikinci prezidentliyi dövründə dollar t
Ağ Ev rəhbəri zəif dolların ABŞ-a fayda verəcəyini, bununla da ölkənin qlobal bazara ixracının artacağını iddia edib.
Ucuzlaşan dolların Azərbaycana və dünya iqtisadiyyatına hansı təsirləri mümkündür?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, Donald Trampın dedikləri yerində və əsaslandırılmış açıqlamadır: “Onun seçildiyi dövrdən bu günədək dollar təxminən 3, hətta 3,2 faiz dəyər itirib.
Dolların ucuzlaşması ABŞ bazarında ixrac potensialını artıran amil kimi çıxış edir.
Belə ki, mal və xidmətlərin qiymətinin nisbətən ucuzlaşması ABŞ məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətini yüksəldir.
Məlumdur ki, uzun illərdir Vaşinqtonla Pekin arasında iqtisadi rəqabət və ticarət müharibəsi davam edir, bu çərçivədə Çinə qarşı müxtəlif sanksiyalar tətbiq olunur.
Belə bir şəraitdə dolların zəifləməsi qlobal iqtisadiyyatda ABŞ üçün Çinlə rəqabətdə əlavə üstünlük yaradır.