Trampın sözlərindən sonra dollarla bağlı yaranan risk Bizi nə gözləyir?
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ABŞ lideri Donald Trampın ikinci prezidentliyi dövründə dollar təxminən üç faiz ucuzlaşıb. Ağ Ev rəhbəri zəif dolların ABŞ-a fayda verəcəyini, bununla da ölkənin qlobal bazara ixracının artacağını iddia edib.
Ucuzlaşan dolların Azərbaycana və dünya iqtisadiyyatına hansı təsirləri mümkündür?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, Donald Trampın dedikləri yerində və əsaslandırılmış açıqlamadır:
“Onun seçildiyi dövrdən bu günədək dollar təxminən 3, hətta 3,2 faiz dəyər itirib. Dolların ucuzlaşması ABŞ bazarında ixrac potensialını artıran amil kimi çıxış edir. Belə ki, mal və xidmətlərin qiymətinin nisbətən ucuzlaşması ABŞ məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətini yüksəldir. Məlumdur ki, uzun illərdir Vaşinqtonla Pekin arasında iqtisadi rəqabət və ticarət müharibəsi davam edir, bu çərçivədə Çinə qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Belə bir şəraitdə dolların zəifləməsi qlobal iqtisadiyyatda ABŞ üçün Çinlə rəqabətdə əlavə üstünlük yaradır. Bu baxımdan ixracın artacağı ilə bağlı iddia məntiqli və real görünür. Dolların ucuzlaşması ümumilikdə ABŞ iqtisadiyyatı üçün faydalı ola bilər, çünki ixrac imkanlarını genişləndirir”.
İqtisadçı bildirib ki, Azərbaycan və digər inkişaf etməkdə olan ölkələr üçün bu proses riskli xarakter daşıyır:
“Çünki dövlət büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır. Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələri ilə bağlı qərarları, eləcə də ABŞ siyasi rəhbərliyinin açıqlamaları dolların məzənnəsinə və nəticə etibarilə birbaşa gəlirlərə təsir göstərən əsas amillərdir. Bu proseslər qlobal miqyasda məhsul və xidmətlərin qiymətlərinə də təsirsiz ötüşmür. Azərbaycan iqtisadiyyatı üçün bu vəziyyət iki formada tənzimlənə bilər. Ya dolların məzənnəsi yüksəlməli, yəni manat devalvasiyaya uğramalıdır, ya da hazırda müşahidə olunduğu kimi gizli iqtisadi inflyasiya baş verməlidir. Hazırkı mərhələdə Azərbaycanda məhz ikinci variant mövcuddur. Vətəndaşlar üçün dollar məzənnəsi formal olaraq sabit qalır, avro və digər valyutalarda isə cüzi dalğalanmalar müşahidə olunur”.
Günay Hüseynova
Ekspert qeyd edib ki, neft gəlirləri hesabına Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta sabitliyini qorusa da, gizli inflyasiya şəraitində pulun real alıcılıq qabiliyyəti azalır:
“Devalvasiya baş verməsə belə, mal və xidmətlərin qiymətinin artması vətəndaşların xərclərinə birbaşa təsir edir. Digər mühüm amil Azərbaycanın idxaldan asılı olmasıdır. Qlobal iqtisadiyyatda qiymət artımları və dolların zəifləməsi idxal olunan məhsulların maya dəyərini yüksəldir ki, bu da daxili bazarda qiymət artımı ilə nəticələnir. Nəticədə manat nominal olaraq sabit qalsa da, real dəyərini itirir. Vətəndaşlar valyuta kursuna baxdıqda sabitlik görür, lakin əvvəl ala bildiyi məhsul həcmini artıq ala bilmir. Bu isə gizli iqtisadi inflyasiyanın açıq göstəricisidir”.
Günay Hüseynovanın sözlərinə görə, əslində Donald Trampın hazırkı açıqlamaları yeni deyil, bu proseslər illərdir müşahidə olunur:
“Xüsusilə 2008-ci il maliyyə böhranından sonra müxtəlif mərhələlərdə bu təsirləri görmək mümkündür. İdxaldan asılı olan ölkələr bu vəziyyəti daha kəskin hiss edir. Bəzi ölkələrdə məsələn, üzən məzənnə rejimi olan Türkiyədə bu, açıq devalvasiya formasında özünü göstərir. Azərbaycan kimi ölkələrdə isə əsas fərq odur ki, proses daha çox gizli iqtisadi inflyasiya şəklində baş verir”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Yanvar 2026 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















