Trampın tarif təhdidləri ilə bağlı İLGİNC analiz | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Donald Trampın Avropaya qarşı yeni tarif hədələri qlobal maliyyə bazarlarında narahatlığı artırıb və 2026-cı ilin əvvəlində “Sell America” adlandırılan satış dalğasının geri dönəcəyi qorxularını gücləndirib.
Məsələnin mərkəzində Trampın Danimarkaya məxsus Qrenlandiyanı ABŞ-yə birləşdirmək planı var: prezident bazarda sərt reaksiyaya səbəb olan şəkildə bu prosesə qarşı çıxan 8 Avropa ölkəsinə 10 faiz əlavə tarif tətbiq edə biləcəyini bəyan edib.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Politico” saytında Sem Sattonun imzası ilə maraqlı yazı dərc olunub.
Yazıda göstərilir ki, bütün bu bəyanatların fonunda ABŞ-nin əsas indeksləri kəskin geriləyib.
“Dow Jones” 870-dən çox xal itirib, “Nasdaq” və “S&P 500” isə üç həftəlik qazancını silərək günün sonunda 2 faizdən çox aşağı bağlanıb.
ABŞ-nin 10 və 30 illik dövlət istiqrazlarının gəlirliliyi yüksəlib - bu isə həm istehlak kreditləri, həm də korporativ borclanma üçün baza dəyərin bahalaşması deməkdir.
Dollar da zəifləyib. İnvestisiya analitikləri vəziyyəti belə izah edir: xarici investorlar Vaşinqtonun ticarət siyasəti ilə bağlı qeyri-müəy
Tam oxu
Xəbəri oxu