Trampın Ukraynanı Zelenskisiz qurban etməyə hazır olduğu faktdır Elxan Şükürlü | Icma.az
Icma.az bildirir, Redaktor.az portalına istinadən. "Moskvaya göndərdiyi xüsusi nümayəndəsinin ABŞ-a qayıtmasından dərhal sonra Trampın Putin
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
"İndi hətta 3 ildir gözləri kor, qulaqları kar olmuş, gerçəkləri inkar etməklə özünü Ukraynanın, prezident Zelenskinin qələbəsinə inandırmış kəslər də yaxşı görür və anlayırlar ki, bu proses ən yaxşı halda Ukraynanın bölünməsi, Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini işğalının legitimləşdirilməsiylə nəticələnəcək.
Biz bu müharibənin ilk günlərindən elə ABŞ-ın ən nüfuzlu strateqlərinin yazdıqlarına istinadla Ukraynanı belə bir aqibətin gözlədiyini deyəndə, Qərb təbliğatının muzdluları, xüsusən də Ukraynanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq edən bəzi şəxslər bizi Rusiyaya işləməkdə suçlayaraq, sosial şəbəkələrdə təhqir etdirirdilər.
İndi Trampın məlum açıqlamalarından sonra isə həmin şəbəkə təmsilçiləri sahibsiz qalmış qotur eşşəklərtək nə edəcəklərini bilmirlər: hara gəldi sürtüşür, qulaqları düşmüş halda, məyus əhvalda çarə - arqument axtarışındadılar.
Hazırda təsəlli üçün ABŞ rəsmlərinin Trampın söylədiklərinə düzəliş və Avropa təmsilçilərinin Ukraynaya dəstək bəyanatlarına istinad etsələr də, necə deyərlər, ox artıq yaydan çıxıb: Trampın Ukraynanı Zelenskisiz Rusiya ilə sövdələşmə masasına yatırdığı və onu hər an qurban etməyə hazır olduğu faktdır!
Şübhəsiz ki, Trampın açıqlamaları, ilk növbədə, Rusiya əleyhinə formalaşmış yorğun Qərb koalisiyasında fikir ayrılığı və dərin çatlar yaradaraq, Ukrayna məsələsində vahid strategiyanın qəbulunu çətinləşdirəcək, Kremllə Avropa ölkələri arasında separat sövdələşmə meyllərini artıracaq.
Digər tərəfdən, ABŞ prezidentinin açıqlamaları daha çox Ukrayna cəmiyyətinin, siyasi elitasının və ordusunun əhvalına təsir edərək, onların müqavimət əzmini aşağı salacaq, Rusiya ilə danışıq tərəfdarlarının mövqeyini gücləndirməklə Ukrayna hakimiyyəti daxilində uzun müddətdir gedən ziddiyətləri daha da dərinləşdirəcək.
Tam oxu
Xəbəri oxu