Icma.az
close
up
RU
Trampın Ukraynanı Zelenskisiz qurban etməyə hazır olduğu faktdır Elxan Şükürlü

Trampın Ukraynanı Zelenskisiz qurban etməyə hazır olduğu faktdır Elxan Şükürlü

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Moskvaya göndərdiyi xüsusi nümayəndəsinin ABŞ-a qayıtmasından dərhal sonra Trampın Putin və Zelenskiylə telefon danışığı, ardınca da mətbuata açıqlamasında Putini tərifləyərək “yaxşı insan” adlandırması və onunla görüşə hazırlaşdığını bildirməsi 3 ildir Ukrayna savaşı üzərində aparılan Qərb təbliğatının rüsvayçı çöküşü və iflası deməkdir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

"İndi hətta 3 ildir gözləri kor, qulaqları kar olmuş, gerçəkləri inkar etməklə özünü Ukraynanın, prezident Zelenskinin qələbəsinə inandırmış kəslər də yaxşı görür və anlayırlar ki, bu proses ən yaxşı halda Ukraynanın bölünməsi, Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini işğalının legitimləşdirilməsiylə nəticələnəcək. Biz bu müharibənin ilk günlərindən elə ABŞ-ın ən nüfuzlu strateqlərinin yazdıqlarına istinadla Ukraynanı belə bir aqibətin gözlədiyini deyəndə, Qərb təbliğatının muzdluları, xüsusən də Ukraynanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq edən bəzi şəxslər bizi Rusiyaya işləməkdə suçlayaraq, sosial şəbəkələrdə təhqir etdirirdilər. İndi Trampın məlum açıqlamalarından sonra isə həmin şəbəkə təmsilçiləri sahibsiz qalmış qotur eşşəklərtək nə edəcəklərini bilmirlər: hara gəldi sürtüşür, qulaqları düşmüş halda, məyus əhvalda çarə - arqument axtarışındadılar.

Hazırda təsəlli üçün ABŞ rəsmlərinin Trampın söylədiklərinə düzəliş və Avropa təmsilçilərinin Ukraynaya dəstək bəyanatlarına istinad etsələr də, necə deyərlər, ox artıq yaydan çıxıb: Trampın Ukraynanı Zelenskisiz Rusiya ilə sövdələşmə masasına yatırdığı və onu hər an qurban etməyə hazır olduğu faktdır! Şübhəsiz ki, Trampın açıqlamaları, ilk növbədə, Rusiya əleyhinə formalaşmış yorğun Qərb koalisiyasında fikir ayrılığı və dərin çatlar yaradaraq, Ukrayna məsələsində vahid strategiyanın qəbulunu çətinləşdirəcək, Kremllə Avropa ölkələri arasında separat sövdələşmə meyllərini artıracaq. Digər tərəfdən, ABŞ prezidentinin açıqlamaları daha çox Ukrayna cəmiyyətinin, siyasi elitasının və ordusunun əhvalına təsir edərək, onların müqavimət əzmini aşağı salacaq, Rusiya ilə danışıq tərəfdarlarının mövqeyini gücləndirməklə Ukrayna hakimiyyəti daxilində uzun müddətdir gedən ziddiyətləri daha da dərinləşdirəcək.

Onsuz da Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir. Çünki Zelenski ABŞ-dakı 2020-ci il seçkilərində açıq şəkildə Trampı satmış, onun rəqibi Baydeni dəstəkləmişdi – Trampın 2019-cu ildə Baydenin oğlu Hanterin Ukraynadakı cinayət işini yeniləmək xahişini geri çevirərək, telefon danışıqlarını mətbuata sızdırmış və Baydenin əlinə oynamışdı... İndi isə qisas almaq – Zelenskini cəzalandırmaq növbəsi Trampdadır. Və Tramp da elə taxta çıxdığı gündən hər fürsətdə Zelenskini cəzalandıracağının mesajını verir.

O, artıq bir neçə dəfə xatırladıb ki, özü prezident olsaydı, bu müharibə baş verməzdi və müharibənin də əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəyidir. Bununla da Tramp, faktiki olaraq, Ukrayna müharibəsinin əsas təqsirkarının Rusiya yox, Bayden komandası və onların əlinə oynayan Zelenski olduğuna eyham vurmuş olur. Çox güman ki, yaxın vaxtlarda Ukraynada hərbi çevrilişə cəhd ssenariləri işə düşəcək. Çünki Zelenski özü Putinlə danışığı qadağan edən fərman imzalayıb, Avropa isə Zelenskinin iştirakı olmadan aparılacaq danışıqları qəbul etməyəcəklərini bildiriblər. İndi ya Zelenski geri addım atmalı - Putinlə danışığı qadağan edən fərmanını ləğv etməli, ya Ukraynanın iştirakı olmadan ABŞ-Rusiya danışıqlarına razılaşmalı, ya da Ukraynada yeni hakimiyyət formalaşmalıdır ki, hər üç ssenaridə də əsas zərbə məhz Zelenskiyə dəyəcək". 

Vasif 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri