Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq Rusiya ilə Ukrayna arasında mayın
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Kelloq mübadiləni "Ukrayna və Rusiya arasında texniki danışıqların ən müsbət nəticəsi" adlandırıb.
"Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutan texniki danışıqların ən müsbət nəticəsi: hər iki tərəfdən 1 000 hərbi əsirin qaytarılması planlaşdırılıb", - deyə o bildirib.
Kit Kelloq, həmçinin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova bu uğurun əldə olunmasına verdiyi mühüm töhfəyə görə təşəkkür edib.
"Bizə atəşkəs lazımdır - qətllər dayandırılmalıdır", - deyə o əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.