Trampın xüsusi elçisi Rusiya Ukrayna məhbus mübadiləsini ən müsbət nəticə adlandırdı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutan məhbus mübadiləsi ilə bağlı fikrini ifadə edib.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Kelloq mübadiləni "Ukrayna və Rusiya arasında texniki danışıqların ən müsbət nəticəsi" adlandırıb.
"Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutan texniki danışıqların ən müsbət nəticəsi: hər iki tərəfdən 1 000 hərbi əsirin qaytarılması planlaşdırılıb", - deyə o bildirib.
Kit Kelloq, həmçinin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova bu uğurun əldə olunmasına verdiyi mühüm töhfəyə görə təşəkkür edib.
"Bizə atəşkəs lazımdır - qətllər dayandırılmalıdır", - deyə o əlavə edib.


