Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin ərəb ölkələri ilə münasibətində yeni mərhələ yarada bilər Qəzzada atəşkəsin təmin olunmasına baxmayaraq, bölgədə vəziyyət həssas olaraq qalır.
Atəşkəs sazişi qüvvəyə mindikdən sonra həm İsrail, həm də Fələstin tərəfində sadə insanlar hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi və öz evlərinə qayıtmaq sevincini yaşayırlar.
Amma hər an vəziyyətin yenidən gərginləşəcəyi ilə bağlı narahatlıqlar da səngimir. Belə demək mümkünsə, müharibə qorxusu hələ də davam edir.
Qeyd edək ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə uzun müddət ərzində keçirilən danışıqlar nəticəsində yanvarın 16-da İsrail və HƏMAS arasında atəşkəs sazişi imzalandı - artıq mərhələli şəkildə icra olunan bu sazişə əsasən, İsrail ordusu Qəzza zolağından geri çəkilməli, girovlar qarşılıqlı olaraq azad edilməli, ərazidəki yeri əhali öz evlərinə qayıtmalı və onlara humanitar yardım olunmalı, o cümlədən ərazidə infrastruktur, enerji və su şəbəkələri yenidən qurulmalıdır.
Bir sıra eskpertlər hər iki tərəf arasında əldə olunan atəşkəs sazişini mühüm nailiyyət hesab etsələr də, onlar bunun bölgədə vəziyyətin tam sabitləşməsinə töfhə verməyəcəyi qənaətindədirlər - danışıqların davam etməsinin, xüsusilə Amerika Birləşmiş Ştatları daxil olmaqla region ölkələri - Misir, Qətər və Türkiyənin prosesdə iştirakının zəruriliyini vurğulayırlar.
Onlar hesab edilər ki, bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün ABŞ ilə bu ölkələr arasında əlaqələr və təmaslar daha da intensivləşməli, sözsüz ki, qarşılıqlı təmaslar fonunda İsrail və Fələstinin mövqeyi nəzərə alınmalı və yeni saziş imzalanmalıdır.
Proseslırin inkişafı isə yaxın gələcəkdə Tramp administrasiyasının Şərq strategiyasından çox asılı olacaq.