Icma.az
close
up
RU
Trampın yeni sazişlər irəli sürməsi

Trampın yeni sazişlər irəli sürməsi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin ərəb ölkələri ilə münasibətində yeni mərhələ yarada bilər

Qəzzada atəşkəsin təmin olunmasına baxmayaraq,  bölgədə vəziyyət həssas olaraq qalır. Atəşkəs sazişi qüvvəyə mindikdən sonra həm İsrail, həm də Fələstin tərəfində sadə insanlar hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi və öz evlərinə qayıtmaq sevincini yaşayırlar. Amma hər an vəziyyətin yenidən gərginləşəcəyi ilə bağlı narahatlıqlar da səngimir. Belə demək mümkünsə,  müharibə qorxusu hələ də davam edir. 

Qeyd edək ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə uzun müddət ərzində keçirilən danışıqlar nəticəsində yanvarın 16-da İsrail və HƏMAS arasında atəşkəs sazişi imzalandı - artıq mərhələli şəkildə icra olunan bu sazişə əsasən, İsrail ordusu Qəzza zolağından geri çəkilməli, girovlar qarşılıqlı olaraq azad edilməli, ərazidəki yeri əhali öz evlərinə qayıtmalı və onlara humanitar yardım olunmalı, o cümlədən ərazidə infrastruktur,  enerji və su şəbəkələri yenidən qurulmalıdır.

Bir sıra eskpertlər hər iki tərəf arasında əldə olunan atəşkəs sazişini mühüm nailiyyət hesab etsələr də, onlar bunun bölgədə vəziyyətin tam sabitləşməsinə töfhə verməyəcəyi qənaətindədirlər - danışıqların davam etməsinin, xüsusilə Amerika Birləşmiş Ştatları daxil olmaqla region ölkələri - Misir, Qətər və Türkiyənin prosesdə iştirakının zəruriliyini vurğulayırlar. Onlar hesab edilər ki, bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün ABŞ ilə bu ölkələr arasında əlaqələr və təmaslar daha da intensivləşməli, sözsüz ki,  qarşılıqlı təmaslar fonunda İsrail və Fələstinin mövqeyi nəzərə alınmalı və yeni saziş imzalanmalıdır.

Proseslırin inkişafı isə yaxın gələcəkdə Tramp administrasiyasının Şərq strategiyasından çox asılı olacaq. İstisna deyil ki, birinci hakimiyyəti dövründə olduğu kimi ikinci  hakimiyyəti dövründə də Donald Trampın Yaxın Şərq siyasətində İsrail-Ərəb ölkələri münasibətləri xüsusi əhəmiyyət kəsb edəcək.

Abraham sazişləri yenidən ortaya çıxa bilər

Məsələ ilə bağlı politoloq Qədir Aslan “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Abraham sazişləri yenidən ortaya çıxa bilər. 2020-2021-ci illərdə  Donald Trampın vasitəçiliyi ilə İsrail ilə dörd ərəb ölkəsi - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Sudan arasında mühüm sazişlər imzalanmışdı. “Abraham” adı ilə tanınan bu sazişlərin əsas mahiyyəti İsrail ilə sözügedən ərəb ölkələri arasında münasibətlərdə yeni mərhələ yaratmaq və ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər qurmaq idi. Əgər Tramp hakimiyyətdə qalsa idi, bu prosesə Səudiyyə Ərəbistan da daxil ediləcəkdi: “Güman ki, Tramp bu siyasəti davam etdirəcək, xüsusilə İsrail-Fələstin-Livan bölgəsində sülhü və sabitliyi təmin etmək üçün İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması istiqamətində çox ciddi addımlar atmağa çalışacaq. Trampın yeni sazişlər irəli sürməsinə şahidi ola bilərik. Eyni zamanda, qeyd edim ki, neft-qaz ehtiyatları ilə zəngin olan Körfəz ölkələri İsrail ilə ikitərəfli münasibətlərin qurulmasında maraqlıdır və bunun üçün Trampın dəstəyinə ümid edirlər”.

Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturası

Q.Aslan hesab edir ki, İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması regionda daimi sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına, habelə qarşılıqlı maraqlara dayanan yeni iqtisadi sistemin formallaşmasına münasib şərait yaradacaq: “ABŞ, Böyük Britaniya, İsrail və Türkiyə, həmçinin Azərbaycan da Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasının müəyyən olunmasında iştirak edə bilər. Bunun üçün resurslar və zəminlər var. Xüsusilə, bir məqamı da diqqətə çatdırım ki, Türkiyə və İsrail regionda istənilən təhlükəyə qarşı birgə mübarizənin aparılmasında və təhlükəsizliyin möhkəmlənməsində birgə addımlar ata bilərlər. Azərbaycan da qardar Türkiyəyə və dost İsrailə dəstək verməyə hazırdır”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Fevral 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri