Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Donald Tramp və onun administrasiyası tərəfindən verilən bəyanatlar tam dəqiqliklə Rusiya prezidentinin bugünədək dedikləri ilə üst-üstə düşür".
Bunu Bakıvaxtı.az-a siyasi elmlər namizədi Zaur Məmmədov Amerika prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski haqqında dediklərini şərh edərkən deyib.
Ekspert bildirib ki, ümumiyyətlə, Tramp administrasiyası və Putin arasında Ukraynanın gələcəyi ilə bağlı sanki bir ortaq baxış var: "Sanki Ukraynanı artıq bölüblər və tez zamanda postmüharibə dövrünə qədəm qoymaq istəyirlər.
Ukrayna prezidenti Zelenski haqlı olaraq sual edir ki, Kiyevin iştirakı olmadan Rusiya ilə necə danışıqlar aparıla bilər?
Trampın cavabı isə odur ki, Zelenskinin legitimliyi yoxdur, onu ölkədə cəmi 4 faiz dəstəkləyir. Əlbəttə, bu, müəyyən suallar yaradır.
Düzdür, ukraynalılar artıq müharibədən beziblər. Ələlxüsus, gənclər, qadınlar müharibənin davam etməsini istəmirlər.
Hətta Ukraynanın şərq hissəsinin və Krımın hələlik Rusiya tərəfində qalmasına razıdırlar. Yetər ki, müharibə bitsin. Amma mövzu başqadır.