Icma.az
close
up
RU
Trampın Zelenskidən zəhləsi gedir: Söz atışması, gərginlik göstərir ki...

Trampın Zelenskidən zəhləsi gedir: Söz atışması, gərginlik göstərir ki...

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Donald Tramp və onun administrasiyası tərəfindən verilən bəyanatlar tam dəqiqliklə Rusiya prezidentinin bugünədək dedikləri ilə üst-üstə düşür".

Bunu Bakıvaxtı.az-a siyasi elmlər namizədi Zaur Məmmədov Amerika prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski haqqında dediklərini şərh edərkən deyib.

Ekspert bildirib ki, ümumiyyətlə, Tramp administrasiyası və Putin arasında Ukraynanın gələcəyi ilə bağlı sanki bir ortaq baxış var:

"Sanki Ukraynanı artıq bölüblər və tez zamanda postmüharibə dövrünə qədəm qoymaq istəyirlər. Ukrayna prezidenti Zelenski haqlı olaraq sual edir ki, Kiyevin iştirakı olmadan Rusiya ilə necə danışıqlar aparıla bilər? Trampın cavabı isə odur ki, Zelenskinin legitimliyi yoxdur, onu ölkədə cəmi 4 faiz dəstəkləyir. Əlbəttə, bu, müəyyən suallar yaradır. Düzdür, ukraynalılar artıq müharibədən beziblər. Ələlxüsus, gənclər, qadınlar müharibənin davam etməsini istəmirlər. Hətta Ukraynanın şərq hissəsinin və Krımın hələlik Rusiya tərəfində qalmasına razıdırlar. Yetər ki, müharibə bitsin. Amma mövzu başqadır. Təbii ki, istənilən ölkədə ictimaiyyət savaşın uzanmasını, davamlı olmasını arzulamır, daha çox sülhü istəyirlər. Həm də nəzərə alaq ki, Tramp əvvəldən bütün dünyanı xəbərdar etmişdi ki, bu müharibədə günahkar Rusiya, Putin yox, məhz Ukrayna rəhbəri Zelenskidir. Tramp deyirdi ki, Putini müharibəyə vadar etdilər".

Zaur Məmmədov: Trampla Putin arasında Avropanın gələcəyi ilə bağlı fikir formalaşıb

Həmsöhbətimiz vurğulayıb ki, burada bir koalisiyanın yaranmasına şahidlik edirik:

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münhendə elə üslubda çıxış etdi ki, sanki Amerika və Avropa İttifaqı müttəfiq deyillər. Halbuki, həmin toplantıda Avropa liderləri iştirak edirdi və Vens ABŞ-nin birinci adamı yox, vitse-prezidenti idi. Amma buna baxmayaraq, çox üstdən-aşağı tonda danışırdı. Deməli, Trampla Putin arasında Avropanın gələcəyi ilə bağlı da fikir formalaşıb. Onlar hesab edirlər ki, Avropada aparıcı ölkələrin liderləri dəyişməlidir. Nəhayət, liberal-sol, liberal-mərkəz ideologiyasının yerinə, mühafizəkar sağçılar hakimiyyətə gəlməlidirlər. Bu istiqamətdə ABŞ əməli addımlar atmağa başlayıb”.

Baş verənləri çox ciddi sayan müsahibimizə görə, Tramp və Zelenski arasında söz atışması, gərginlik göstərir ki, burada ABŞ-Ukrayna danışıqlarının effektivliyindən söhbət gedə bilməz. Onun fikrincə, Trampın Zelenskidən ümumiyyətlə zəhləsi gedir və onu qəbul etmək niyyətində deyil.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski barəsində aşağılayıcı ifadələr işlədib və onu sərt tənqid edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri