Tristar Triatlon Klubu: Azərbaycanda Triatlon İdmanının İnkişafına Töhfə və Dünyada Nümayə…
Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tristar Triatlon Klubu: Azərbaycanda Triatlon İdmanının İnkişafına Töhfə və Dünyada Nümayəndəliyimiz Tristar Triatlon Klubu Azərbaycanda triatlon idmanının inkişafına böyük töhfə verərək, ölkəmizdə sağlam və aktiv həyat tərzinin təşviqi üçün mühüm işlər görür.
Yarandığı gündən etibarən Tristar, idmançılarımıza həm yerli, həm də beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə etmək üçün peşəkar təlim və dəstək göstərərək, Azərbaycan idmanının dünya səhnəsində təmsil olunmasına şərait yaradır.
Triatlon idmanının əhəmiyyəti yalnız fərdi nailiyyətlərlə məhdudlaşmır; bu idman növü dözümlülük, güc və çeviklik kimi xüsusiyyətləri özündə birləşdirir.
Üzgüçülük, velosiped və qaçışı bir araya gətirən triatlon, idmançılarımızı daha irəli səviyyəyə çıxararaq, onların potensialını tam reallaşdırmalarına imkan verir.
Tristar Klubu olaraq biz bu idman növünə olan marağı artırmaq, yeni idmançıları triatlona cəlb etmək və Azərbaycanda bu idman növünün kütləviləşməsinə çalışırıq.
Bu əzmlə hazırlanan idmançılarımızdan biri, 3 noyabr tarixində Nyu-York Şəhər Marafonunda iştirak edəcək.
Bu böyük tədbirdə Tristar klubunun üzvü kimi Azərbaycanı təmsil edəcək idmançımız, ölkəmizin adını uca tutmaq və dünya miqyasında uğur qazanmaq üçün mübarizə aparacaq.
Tam oxu
Xəbəri oxu