Icma.az
close
up
RU
Tristar Triatlon Klubu: Azərbaycanda Triatlon İdmanının İnkişafına Töhfə və Dünyada Nümayəndəliyimiz

Tristar Triatlon Klubu: Azərbaycanda Triatlon İdmanının İnkişafına Töhfə və Dünyada Nümayəndəliyimiz

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tristar Triatlon Klubu: Azərbaycanda Triatlon İdmanının İnkişafına Töhfə və Dünyada Nümayəndəliyimiz

Tristar Triatlon Klubu Azərbaycanda triatlon idmanının inkişafına böyük töhfə verərək, ölkəmizdə sağlam və aktiv həyat tərzinin təşviqi üçün mühüm işlər görür. Yarandığı gündən etibarən Tristar, idmançılarımıza həm yerli, həm də beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə etmək üçün peşəkar təlim və dəstək göstərərək, Azərbaycan idmanının dünya səhnəsində təmsil olunmasına şərait yaradır.
Triatlon idmanının əhəmiyyəti yalnız fərdi nailiyyətlərlə məhdudlaşmır; bu idman növü dözümlülük, güc və çeviklik kimi xüsusiyyətləri özündə birləşdirir. Üzgüçülük, velosiped və qaçışı bir araya gətirən triatlon, idmançılarımızı daha irəli səviyyəyə çıxararaq, onların potensialını tam reallaşdırmalarına imkan verir. Tristar Klubu olaraq biz bu idman növünə olan marağı artırmaq, yeni idmançıları triatlona cəlb etmək və Azərbaycanda bu idman növünün kütləviləşməsinə çalışırıq.
Bu əzmlə hazırlanan idmançılarımızdan biri, 3 noyabr tarixində Nyu-York Şəhər Marafonunda iştirak edəcək. Bu böyük tədbirdə Tristar klubunun üzvü kimi Azərbaycanı təmsil edəcək idmançımız, ölkəmizin adını uca tutmaq və dünya miqyasında uğur qazanmaq üçün mübarizə aparacaq. Nyu-York Şəhər Marafonu kimi önəmli bir yarışda iştirak etmək, Azərbaycan idmanının beynəlxalq miqyasda tanınmasına böyük töhfə verir və gənc idmançılarımıza ilham verir.
1.Orxan, Nyu-York Marafonunda iştirak etmək inanılmazdır. Bu əhəmiyyətli yarışa necə hazırlaşırsınız?
• Nyu-York Marafonuna hazırlıq vaxt tələb edən bir prosesdir. Mən Tristar klubunun məşqçisinin tərtib etdiyi məşq planına əməl edirəm, dözümlülüyü, sürət məşqlərini və düzgün qidalanmanı ön planda tuturam. Bu mənim iştirak edəcəyim ikinci marafon olacaq və düşünürəm ki, bu marafona ilk dəfədən fərqli olaraq daha effektiv hazırlaşmışam.
2.Dünyanın ən böyük əhəmiyyətli marafonlarından birində iştirak sizin üçün nə ifadə edir? Bu yarışda özünüz üçün hansı məqsədləri müəyyənləşdirmisiniz?
• Nyu-York Marafonunda iştirak etmək mənim bir arzumun gerçəkləşməsidir. Bu, dünyanın ən böyük və maraqlı marafonlarından biridir. Məqsədim prosesdən zövq almaq, ən yaxşı formada çıxış etmək və yaxşı nəticə ilə finiş xəttini keçməkdir. Həvəskar idmançı olduğumu nəzərə alsaq məqsəd həm hazırlıq prossesindən həzz almaq, həm də səfərdən xoş təəsssüratlarla geri dönməkdi.
4.Marafon təcrübəniz triatlonlara hazırlıqda sizə kömək edirmi? Bir idman növündən digərinə hansı bacarıqları keçirmisiniz?
• Şübhəsiz ki, marafon təcrübəsi triatlonlarda çox kömək edir. Əsasən, bu, dözümlülüyün inkişafı və uzun distansiyalarda enerjini düzgün bölüşdürmək qabiliyyətidir. Marafonlarda tələb olunan psixoloji sabitlik triatlonun xüsusilə qaçış mərhələsində də çox vacibdir, çünki bu mərhələdə üzgüçülük və velosiped etaplarından sonra artıq yorulmuş olursan.
5.Triatlon idman haqqında və öz fiziki potensialınızla bağlı fikirlərinizi necə dəyişib?
• Triatlon hər şeyi dəyişib. Bu idman növü mənə insan imkanlarının sərhədsiz olduğunu göstərdi, əgər düzgün məşq və psixoloji hazırlıq yanaşması tətbiq olunarsa. Triatlon mənə möhkəmlik, nizam-intizam və səbirliliyi öyrədib. Hətta ən çətin hədəflərin mərhələlərə bölünərək davamlı işləməklə əldə oluna biləcəyini göstərdi.
6.Triatlonun hansı mərhələsi sizə daha rahat gəlir və bu, ümumi hazırlığınıza necə təsir edir?
• Triatlona yeni başladığımı nəzərə alsaq, demək olar ki, mənim üçün hər 3 idman növü çətindir. Buna baxmayaraq Triatlonda düşünürəm üzgüçülük etapı ən rahat hesab olunur, çünki birinci və vaxt baxımdan ən qısa etapdır. Bununla belə, balanslı bir atlet olmaq və triatlonun hər mərhələsinin öhdəsindən yüksək səviyyədə gəlmək üçün qaçış və velosiped etaplarını da inkişaf etdirməyə çalışıram.
7.Nyu-York Marafonundan sonra gələcək üçün idman planlarınız nədir? Marafonları və triatlonları birləşdirməyə davam etməyi planlaşdırırsınız?
• Nyu-Yorkdan sonra növbəti triatlon mövsümünə diqqət yetirməyi planlaşdırıram. Marafonlar mənim hazırlığımın vacib bir hissəsi olaraq qalacaq, amma məqsədim triatlonda daha da güclənmək və bu idman növündə nəticələrimi yaxşılaşdırmaqdır. Ən əsası isə prosesdən zövq almaq və sağlam həyat tərzini davam etməkdir.
8.Triatlon vasitəsilə inkişaf etdirdiyiniz nizam-intizam, psixoloji və fiziki dözümlülüyün peşəkar fəaliyyətinizdə sizə kömək etdiyini hiss edirsinizmi? Buna missal nəyi göstərə bilərsiniz ?
• Triatlon insana ilk növbədə sağlam həyat tərzi bəxş edir və bu peşəkar həyatda, günün stresi ilə qarşılaşmaqda və enerji tükənmədən çalışmağa çox kömək edir.
11. Tristar klubunda iştirak etmək sizə idmançı kimi inkişaf etməyə necə kömək etdi?
• Tristar klubu məni ilk növbədə triatlonla və yeni insanlarla tanış etdi, yeni dostlar qazandırdı. Burada fərdi məşqlər və komanda dəstəyi ideal şəkildə balanslaşdırılıb ki, bu da klubun hər bir üzvünü motivasiya edir. Məncə triatlon fərdi idman növü olmasına baxmayaraq, məşqlərin komanda formasında keçirilməsi çox maraqlıdır və effektivdir. Bundan əlavə güclü məşqçinin olması da əsas şərtdir. Buna görə mən Tristar klubuna təşəkkür etməliyəm.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri