Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü

27.08.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Axar.az "Röyters"ə istinadən xəbər verir ki, Tunis hakimiyyəti itkin düşmüş hesab edilən sonuncu miqrantların meyitlərini aşkar edib.

Tunis İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, qayıqda əsasən gənclər, o cümlədən bir ailənin 7 üzvü, həmçinin bir kişi və onun hamilə həyat yoldaşı olub.

Daha əvvəl sahil mühafizəsi 11 tunisli miqrantın meyitinin tapıldığı barədə məlumat yayıb. Bir nəfər xilas edilib.

Tunis Milli Qvardiyasından bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatıb və ölənlərin meyitləri ailələrinə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью