Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Axar.az "Röyters"ə istinadən xəbər verir ki, Tunis hakimiyyəti itkin düşmüş hesab edilən sonuncu miqrantların meyitlərini aşkar edib.
Tunis İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, qayıqda əsasən gənclər, o cümlədən bir ailənin 7 üzvü, həmçinin bir kişi və onun hamilə həyat yoldaşı olub.
Daha əvvəl sahil mühafizəsi 11 tunisli miqrantın meyitinin tapıldığı barədə məlumat yayıb. Bir nəfər xilas edilib.
Tunis Milli Qvardiyasından bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatıb və ölənlərin meyitləri ailələrinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:Yəmən sahilində miqrant qayığı batdı: 20 nəfər öldü
03 Avqust 2025 23:23
Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb
23 Oktyabr 2025 13:27
Tunisdə miqrantların qayığı batdı 27 nəfər öldü
02 Yanvar 2025 21:39
Çilidə turist qayığı batdı: 7 nəfər öldü
28 Yanvar 2025 09:54
Baxış sayı:137
Bu xəbər 27 Avqust 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















