Tünzalə Ağayeva: Sənin üçün doğulmuşam

18.09.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Uzun zamandır səbirsizliklə gözlənilən layihə işıq üzü görüb. Xalq artisti Tünzalə Ağayeva həmkarı Nəsimi Məmmədovla bir araya gələrək yeni duetlərini təqdim ediblər.

Gununsesi.info  xəbər verir ki, “Sənin üçün doğulmuşam” adlanan nəğmə üçün sənətçilər kamera qarşısına keçərək klip çəkdiriblər.

Ekran işinin rejissorluğu Emin Muradova, quruluşçu operatorluğu isə Murad Muradlıya məxsusdur. Art direktor Zaur Abdullayevdir.

Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir. Aranjımanı Samir Soltanov, miks və masterinqi Emin Kərim edib.

Klipdə pop ulduzun geyimi üzərində “Khayaly Couture” çalışıb. Ağayevanın saç düzümünü stilist Fərid Bağırov, makiyajını isə Rəmalə Qasımova edib.

Qeyd edək ki, layihənin direktorları Yalçın Cabbarov və Azər Kərimovdur.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью