Tünzalə Ağayeva: Sənin üçün doğulmuşam
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Uzun zamandır səbirsizliklə gözlənilən layihə işıq üzü görüb. Xalq artisti Tünzalə Ağayeva həmkarı Nəsimi Məmmədovla bir araya gələrək yeni duetlərini təqdim ediblər.
Gununsesi.info xəbər verir ki, “Sənin üçün doğulmuşam” adlanan nəğmə üçün sənətçilər kamera qarşısına keçərək klip çəkdiriblər.
Ekran işinin rejissorluğu Emin Muradova, quruluşçu operatorluğu isə Murad Muradlıya məxsusdur. Art direktor Zaur Abdullayevdir.
Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir. Aranjımanı Samir Soltanov, miks və masterinqi Emin Kərim edib.
Klipdə pop ulduzun geyimi üzərində “Khayaly Couture” çalışıb. Ağayevanın saç düzümünü stilist Fərid Bağırov, makiyajını isə Rəmalə Qasımova edib.
Qeyd edək ki, layihənin direktorları Yalçın Cabbarov və Azər Kərimovdur.
Baxış sayı:48
Bu xəbər 18 Sentyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















