Turab Rzayev Hindistanda bu səbəbə görə saxlanıldı YENİLƏNİB | Icma.az
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Hindistanda səfərdə olan azərbaycanlı politoloq Turab Rzayev bu ölkənin gömrüyündə saxlanılıb.
Manset.az xəbər verir ki, politoloq açıqlamasında saxlanılma səbəbi haqda danışıb.
O bildirib ki, Hindistan Ticarət Nazilirliyinin Eksport Təşviqi İdarəsinin dəvəti ilə bu ölkəyə gedib: ”Biz 7 nəfərlik qrup şəklində getmişdik və mən də nümayəndə heyətinin rəhbəri kimi iştirak edirdim.
Səfərimiz Sinqapur, Tailand, Malayziya və Hindistanı əhatə edirdi.
Hindistandan Bakıya qayıtmaq üçün hava limanına gəldikdə 7 nəfərin içindən yalnız məni “2 dəqiqəlik” çağırıb, üstümdə nə qədər vəsait olduğunu soruşdular.
Mən isə 12 min dollar olduğunu, bu rəqəmin 7 nəfərin xərcləri üçün nəzərdə tutulduğunu bildirdim.
Onlar da 6 nəfərin keçməsinə və uçuşunun reallaşmasına şərait yaratdıqdan sonra mənə dedilər ki, siz təksiniz, limit isə 10 min dollardır.
Tam oxu
Xəbəri oxu