Icma.az
close
up
RU
Turab Rzayev Hindistanda bu səbəbə görə saxlanıldı YENİLƏNİB

Turab Rzayev Hindistanda bu səbəbə görə saxlanıldı YENİLƏNİB

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Hindistanda səfərdə olan azərbaycanlı politoloq Turab Rzayev bu ölkənin gömrüyündə saxlanılıb.

Manset.az xəbər verir ki, politoloq açıqlamasında saxlanılma səbəbi haqda danışıb.

O bildirib ki, Hindistan Ticarət Nazilirliyinin Eksport Təşviqi İdarəsinin dəvəti ilə bu ölkəyə gedib:

”Biz 7 nəfərlik qrup şəklində getmişdik və mən də nümayəndə heyətinin rəhbəri kimi iştirak edirdim. Səfərimiz Sinqapur, Tailand, Malayziya və Hindistanı əhatə edirdi. Hindistandan Bakıya qayıtmaq üçün hava limanına gəldikdə 7 nəfərin içindən yalnız məni “2 dəqiqəlik” çağırıb, üstümdə nə qədər vəsait olduğunu soruşdular. Mən isə 12 min dollar olduğunu, bu rəqəmin 7 nəfərin xərcləri üçün nəzərdə tutulduğunu bildirdim. Onlar da 6 nəfərin keçməsinə və uçuşunun reallaşmasına şərait yaratdıqdan sonra mənə dedilər ki, siz təksiniz, limit isə 10 min dollardır. Buna görə də məni buraxmadılar. Hadisə dünən gecə olub. Dəfələrlə mənimlə səfərə gedən adamların çağırılmasını, danışdırılmasını tələb etdim. Amma onlar 6 nəfərin keçməsinə şərait yaradaraq mənim barəmdə saxta ittiham ittiham irəli sürdülər. Bakıdakı Hindistan səfirliyi də, Azərbaycanın buradakı səfirliyi də məsələ ilə bağlı əlaqə saxladı. Ancaq qəsdən gərginlik yaradır və bütün müraciətlərə cavab olaraq bildirirlər ki, bu, beynəlxalq məsələdir”, - o, əlavə edib

***

12:43

Tanınmış politoloq Turab Rzayev Bakıya qayıdarkən Hindistan gömrüyündən buraxılmayıb.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb kimi tez-tez Hindistana səfər etməsi göstərilib.

“Hindistan gömrüyündə dedilər ki, çox gedib-gəlirsən, gəl, qonağımız ol”, - o, paylaşımında bildirib.

Məsələ ilə bağlı açıqlama verən politoloq gömrükçülərin onu buraxmaq üçün pul istədiklərini bildirib.

“Üstümdəki pulun hamısını istəyirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 09 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri