Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ədalətli sülh yalnız tarixi torpaqlar qaytarıldıqda mümkündür“Ermənistan sülh sənədini sabah Azərbaycana qarşı silaha çevirə bilər”Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa çox yaxındır.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Bakı-İrəvan sülh sazişinin imzalanmasının mümkünlüyünü şərh edərkən deyib ki, Minsk qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanması İrəvan üçün aydın gündəmdir.
Onun sözlərinə görə, hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır: "Konstitusiya məsələsinə gəlincə isə Paşinyan dəfələrlə bəyan edib ki, sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi bunu Konstitusiyaya zidd hesab edərsə, onun özü Ermənistanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.
O vaxta qədər bunun üçün heç bir əsas yoxdur, çünki Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü il sentyabr tarixli qərarı ilə Konstitusiyamızda heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını müəyyən edib".
Baqdasaryan əlavə edib ki, Paşinyan hələ 2018-2020-ci illərdə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsinin zəruriliyi ilə bağlı müzakirələrə başlayıb və hazırda bu məsələ aktiv institusional müzakirə mərhələsindədir: "Amma bu, Ermənistanın daxili gündəliyi məsələsidir və onun Azərbaycanla danışıqlara heç bir aidiyyəti yoxdur".
Qeyd edək ki, Minsk Qrupunun ləğvi və konstitusiyadan Azərbaycana ərazi iddialarının çıxarılması rəsmi Bakının sülh sazişinin imzalanması ilə bağlı tələbidir.
Lakin bu tələblərin icrası ilə bağlı Ermənistan müxalifətinin, revanşist qrupların kəskin etirazı var.