Icma.az
close
up
RU
Tural Abbaslı: Sülhə tələsməyin!

Tural Abbaslı: Sülhə tələsməyin!

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalətli sülh yalnız tarixi torpaqlar qaytarıldıqda mümkündür


“Ermənistan sülh sənədini sabah Azərbaycana qarşı silaha çevirə bilər”



Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa çox yaxındır. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Bakı-İrəvan sülh sazişinin imzalanmasının mümkünlüyünü şərh edərkən deyib ki, Minsk qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanması İrəvan üçün aydın gündəmdir. Onun sözlərinə görə, hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır: "Konstitusiya məsələsinə gəlincə isə Paşinyan dəfələrlə bəyan edib ki, sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi bunu Konstitusiyaya zidd hesab edərsə, onun özü Ermənistanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək. O vaxta qədər bunun üçün heç bir əsas yoxdur, çünki Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü il sentyabr tarixli qərarı ilə Konstitusiyamızda heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını müəyyən edib". Baqdasaryan əlavə edib ki, Paşinyan hələ 2018-2020-ci illərdə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsinin zəruriliyi ilə bağlı müzakirələrə başlayıb və hazırda bu məsələ aktiv institusional müzakirə mərhələsindədir: "Amma bu, Ermənistanın daxili gündəliyi məsələsidir və onun Azərbaycanla danışıqlara heç bir aidiyyəti yoxdur". Qeyd edək ki, Minsk Qrupunun ləğvi və konstitusiyadan Azərbaycana ərazi iddialarının çıxarılması rəsmi Bakının sülh sazişinin imzalanması ilə bağlı tələbidir. Lakin bu tələblərin icrası ilə bağlı Ermənistan müxalifətinin, revanşist qrupların kəskin etirazı var. Xüsusən son günlər bu məsələlərə istinad edən radikal müxalif düşərgəsi Paşinyana təzyiqləri daha çox artırıb. Məqsəd 2026-cı ildə keçiriləcək seçkilərdə baş nazirin yenidən qələbə qazanmasına mane olmaq, onu devirməkdir. 


 AĞ Partiya sədri Tural Abbaslı Sherg.az-a bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh prosesində atılacaq müəyyən addımlar Nikol Paşinyanı daxili auditoriyada yeni ittihamlarla üz-üzə qoya bilər. Partiya rəhbəri qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın İrəvan hökuməti qarşısında konkret şərtləri var: 

"Bakının ilk şərti Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ortadan qaldırılmasıdır. İkinci şərt isə ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin edilməsidir. Digər şərtlər də var təbii ki. Məsələn, Qərbi azərbaycanlıların qayıdışını təmin etmək və s. Paşinyan bunlarla razılaşarsa, daxili auditoriyada ona təzyiqlər artacaq, müəyyən problemlər yaranacaq. Amma inanmıram ki, Paşinyan bu təzyiqlərdən çəkinərək sülh müqaviləsini imzalatmağı yubatsın. Ermənistan baş naziri hamıdan daha çox istəyir ki, Azərbaycanla hər hansı sənədə imza atsın və həmin sənəddə Ermənistanın indiki sərhədləri müəyyən olunsun. O baxımdan hazırda sülh sazişinin imzalanması Ermənistanın maraqlarına xidmət edir. Paşinyan can atır ki, Azərbaycanın tarixi torpaqları olan Zəngəzuru, Dərələyəzi, Basarkeçəri indiki Ermənistan ərazisi kimi təsdiqlətsin". 


T.Abbaslı əlavə edib ki, ümumiyyətlə, AĞ Partiya olaraq Ermənistanla hansısa sülh sənədinin imzalanmasının əleyhinədir: 

"Çünki Ermənistan öz imzasına hörmət etməyən bir ölkədir. Düşünürük ki, indi hansısa sənədin imzalanması gələcəkdə Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunacaq. Nəzərə alsaq ki, hazırda Ermənistan-Azərbaycan arasında eskalasiya yoxdur, müharibə getmir, deməli, sülh sənədinin imzalanmasına da tələsməməliyik. Sülh sazişinin olmaması müharibə etmək anlamına gəlmir. Proseslərə spektik yanaşıram. Azərbaycan Ermənistanla ədalətli sülhü öz tarixi torpaqlarını geri qaytarmaqla imzalaya bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri