Tural Gəncəliyev: Ermənistan Aİ nin missiyasını delimitasiya olunmayan hissələrdə yerləşdi…
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının növbəti iclası mart ayında keçirilə bilər.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu barədə “Sputnik Armenia”ya açıqlama verib.
O, tərəflər arasında müzakirə edilməli olan bir sıra məsələlərin qaldığını və Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarın konsensus əsasında qəbul edildiyini bildirib.Milli Məclisin deputatı Tural Gəncəliyev “Sherg.az”a bildirib ki, Ermənistan və Azərbaycan sərhədinin müəyyən bir hissəsində delimitasiya və demarkasiya prosesi davam edir:“Azərbaycan tərəfi konstruktivlik göstərərək sərhədlərin delimitasiya və demarkasiyasında Ermənistana üçüncü tərəflərin iştirakı olmadan prosesi aparmağı təklif edib.
Ümumiyyətlə, ikitərəfli müstəvidə aparılan proses bir daha göstərir ki, üçüncü tərəflərin iştirakı olmadan sülh məsələləri həll oluna bilər.
Təəssüflər olsun ki, Ermənistan bütün məsələlərdə belə praqmatizm göstərmir.
Hətta Ermənistan sülh danışıqlarına xələl gətirən addımları aqressiv şəkildə davam etdirir.
Bir tərəfdən Ermənistan birgə komissiyanın işində iştirak edir, digər tərəfdən isə Avropa İttifaqının mülki missiyasını Azərbaycan-Ermənistan sərhədinə yığır.
Tam oxu
Xəbəri oxu