Icma.az
close
up
RU
Tural Gəncəliyev: Ermənistan Aİ nin missiyasını delimitasiya olunmayan hissələrdə yerləşdirməklə təxribata yol açır

Tural Gəncəliyev: Ermənistan Aİ nin missiyasını delimitasiya olunmayan hissələrdə yerləşdirməklə təxribata yol açır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının növbəti iclası mart ayında keçirilə bilər. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu barədə “Sputnik Armenia”ya açıqlama verib. O, tərəflər arasında müzakirə edilməli olan bir sıra məsələlərin qaldığını və Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarın konsensus əsasında qəbul edildiyini bildirib.


Milli Məclisin deputatı Tural Gəncəliyev “Sherg.az”a bildirib ki, Ermənistan və Azərbaycan sərhədinin müəyyən bir hissəsində delimitasiya və demarkasiya prosesi davam edir:


“Azərbaycan tərəfi konstruktivlik göstərərək sərhədlərin delimitasiya və demarkasiyasında Ermənistana üçüncü tərəflərin iştirakı olmadan prosesi aparmağı təklif edib. Ümumiyyətlə, ikitərəfli müstəvidə aparılan proses bir daha göstərir ki, üçüncü tərəflərin iştirakı olmadan sülh məsələləri həll oluna bilər. Təəssüflər olsun ki, Ermənistan bütün məsələlərdə belə praqmatizm göstərmir. Hətta Ermənistan sülh danışıqlarına xələl gətirən addımları aqressiv şəkildə davam etdirir. Bir tərəfdən Ermənistan birgə komissiyanın işində iştirak edir, digər tərəfdən isə Avropa İttifaqının mülki missiyasını Azərbaycan-Ermənistan sərhədinə yığır. Eyni zamanda söyləyir ki, delimitasiya və demarkasiya olunmayan hissələrdə mülki missiya olacaq. Bu isə ikiüzlü və riyakar siyasətin nəticəsidir. Məlum məsələdir ki, delimitasiya və demarkasiya prosesinin on illərlə çəkmə ehtimalı var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın Ermənistanla sərhədi min klometrdən çox hissəni əhatə edir. Ermənistan Avropa İttifaqının mülki missiyasını delimitasiya olunmayan hissələrdə yerləşdirməklə təxribata yol açır. Avropa Birliyinin mülki missiyasının vaxtının uzadılması Ermənistanı gələcəkdə sözügedən prosesə daha laqeyd yanaşmağa vadar edəcək. Azərbaycan bütün bunlara baxmayaraq praqmatizmi davam etdirir və sülh niyyətini gizlətmir. Ermənistandakı revanşist qüvvələr və təxribatı alovlandırmağa çalışan Avropa İttifaqının bəzi dairələri, xüsusilə Fransa iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin başa çatmasını istəmirlər. Çünki sərhədlərin delimitasiyası sülhə gedən yoldan xəbər verir. Ermənistanda daşnak ideologiyaya əsaslanan qüvvələr sülhə getmək niyyətində deyillər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri