“Turan Tovuz”da irqçiliyə qarşı seminar FOTO İdman və Biz

28.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​ ilə bağlı seminar keçirilib.

İdman.biz xəbər verir ki, klubun stadionunda​ keçirilən​ tədbirdə akademiyanın​​ koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.

Tədbirdə həyatın bütün sferalarında olduğu kimi, futbolda da irqçiliyə yer olmadığı vurğulanıb. Mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri​ aparılıb.​

Bildirilib ki, “Turan Tovuz" Peşəkar Futbol Klubu”​ ​futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan irqçilik​ hallarını​ pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью