“Turan Tovuz”da irqçiliyə qarşı seminar FOTO İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə ilə bağlı seminar keçirilib.
İdman.biz xəbər verir ki, klubun stadionunda keçirilən tədbirdə akademiyanın koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.
Tədbirdə həyatın bütün sferalarında olduğu kimi, futbolda da irqçiliyə yer olmadığı vurğulanıb. Mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri aparılıb.
Bildirilib ki, “Turan Tovuz" Peşəkar Futbol Klubu” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan irqçilik hallarını pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















