“Turan Tovuz”dan ayrılacaq

26.05.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yarımmüdafiəçi Tural Bayramlı mövsümün sonunda “Turan Tovuz”dan ayrılacaq.

Futbolpress.az“ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi baş məşqçi Kurban Berdıyevin planlarında yer almır. Bayramlı artıq klub axtarışına başlayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.

Tural daha əvvəl “Sumqayıt”, “Səbail”, “Zirə”, keçmiş “Keşlə” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”da forma geyinib. O, ötən mövsümün əvvəlindən “Turan Tovuz”un formasını geyinirdi. Azərbaycanın U-21 yığmasının sabiq üzvü bu mövsüm 8 oyunda şans qazanıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью