“Turan Tovuz”dan ayrılacaq
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yarımmüdafiəçi Tural Bayramlı mövsümün sonunda “Turan Tovuz”dan ayrılacaq.
“Futbolpress.az“ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi baş məşqçi Kurban Berdıyevin planlarında yer almır. Bayramlı artıq klub axtarışına başlayıb.
Yarımmüdafiəçi ilə mövsümün sonunda müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.
Tural daha əvvəl “Sumqayıt”, “Səbail”, “Zirə”, keçmiş “Keşlə” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”da forma geyinib. O, ötən mövsümün əvvəlindən “Turan Tovuz”un formasını geyinirdi. Azərbaycanın U-21 yığmasının sabiq üzvü bu mövsüm 8 oyunda şans qazanıb.
Şahin Cəfərov
Baxış sayı:75
Bu xəbər 26 May 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















