“Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib

07.11.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Ölkənin aparacı şirkətlərindən biri olan “Huner Group” MMC-nin (VÖEN – 1305322961) təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com
xəbər verir ki, dövlət qeydiyyatına alınan şirkət “Turan FK” MMC adlanır.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu Azərbaycan ev 54, m. 2-də yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda “Turan Tovuz” futbol klubunun İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı “Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью