“Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ölkənin aparacı şirkətlərindən biri olan “Huner Group” MMC-nin (VÖEN – 1305322961) təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, dövlət qeydiyyatına alınan şirkət “Turan FK” MMC adlanır.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu Azərbaycan ev 54, m. 2-də yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda “Turan Tovuz” futbol klubunun İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı “Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.
Murad Məmmədov
Baxış sayı:113
Bu xəbər 07 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















