Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda LAYİHƏ yazısı2024-cü ildə Azərbaycana gələn turistlərin 81,4 faizi Bakının payına düşüb.
Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon isə Qusardır və 4,6 faizi bu rayonda qalıblar.
Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Ümümilikdə, Azərbaycanda 800-dən çox hotel var ki, bunlardan 300-dən çoxu məhz Bakıda yerləşir.
Həmçinin ölkə hotellərinin 241-i ulduz sayına görə təsnifləndirilib.
Buna baxmayaraq, ölkəyə gələn xaricilərin əksəriyyəti bölgələrə səyahət etməkdə maraqlı deyil.
Bəs turistləri regionlara cəlb etmək üçün region hotellərinin keyfiyyət standartlarını necə artırmaq olar?