Icma.az
close
up
RU
Turistlər niyə region hotellərinə getmirlər?

Turistlər niyə region hotellərinə getmirlər?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda LAYİHƏ yazısı


2024-cü ildə Azərbaycana gələn turistlərin 81,4 faizi Bakının payına düşüb. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon isə Qusardır və 4,6 faizi bu rayonda qalıblar. Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər. Ümümilikdə, Azərbaycanda 800-dən çox hotel var ki, bunlardan 300-dən çoxu məhz Bakıda yerləşir. Həmçinin ölkə hotellərinin 241-i ulduz sayına görə təsnifləndirilib. Buna baxmayaraq, ölkəyə gələn xaricilərin əksəriyyəti bölgələrə səyahət etməkdə maraqlı deyil. Bəs turistləri regionlara cəlb etmək üçün region hotellərinin keyfiyyət standartlarını necə artırmaq olar?

Bu barədə AzETA Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Metbuat.az- açıqlamasında bildirib ki, turist axınının əsas hissəsinin paytaxta üz tutması təbiidir, ona görə ki, məhz burada irimiqyaslı tədbirlər keçirilir və Bakının turizm infrastrukturu, yəni nəqliyyat, yerləşdirmə və qida xidmətləri, əyləncələr, alış-veriş imkanları və s. daha yaxşı inkişaf edib:

“Digər tərəfdən biz gözəl anlayırıq ki, ölkənin turizm potensialı yalnız paytaxtla kifayətlənmir. Son illər ərzində regionlarda bir sıra infrastruktur işlər aparılıb və davam etdirilir, yeni hotellər, restoranlar, turizm mərkəzləri istifadəyə verilib. Ümumi baxımdan regionların da turizmi inkişaf edir, yalnız hələ də Bakıdan kifayət qədər geri qalırlar. Daxili turizmin inkişafı xüsusilə pandemiya dövründə sıçrayışlı dərəcədə artdı, regionların turizm potensialının açılmasına imkan yaratdı. Ancaq bugünki rəqəmlər onu göstərir ki, regionların payına 20%-dan az turist dövriyyəsi düşür. Reional turizmin inkişafı bilavasitə və dolayı yolla regionların sosial-iqtisadi inkişafına müsbət təsir edən amildir. Turizm yeni iş yerləri, yeni biznes modelləri yradır, regionlar üçün ənənəvi hesab edilən kənd təsərrüfatı fəaliyyətlərini xidmətlərlə zənginləşdirərək fərqli iqtisadi fəaliyyət növləri formalaşdırır. Digər tərəfdən turizm bir növ mənəvi, sosial məsuliyyətli fəaliyyət hesab edilir. Turizmçilər ölkənin səfirləri hesab edilirlər, ölkə haqqında təəsuratları məhz onlar yaradırlar. Bu baxımdan keyfiyyətli xidmətlərin göstərilməsi, qonaqpərvərliyin nümayişi vacib hesab edilir”.

Ekspertin fikrincə, regionların turizm potensialının tam gerçəkləşməsi məqsədilə yol xəritəsi qəbul edərək kompleks tədbirlər görülə bilər:

“Hazırda bir sıra yeni turizm destinasiyaları formalaşmaqdadır. Bunların sırasında Basqal, İvanovka, Duruca, Bibiyani, Qrız, Sım, Lahıc və digər kəndləri qeyd edə bilərik. Qəbələ, Lənkaran, Gəncə, Zaqatala, Naxçıvan Beynəlxalq Hava Limanlarının işini təkmilləşdirərək, bu hava limanlarına xaricdən bir başa reysləri artıraraq turist axının bir başa regionlara yönəltmək mümkündür. Bu baxımdan turizm şirkətləri və hava nəqliyyatı şirkətləri arasında çarter reyslərin işlənib açılması üçün əlverişli şəraitin yaradılması mühüm hesab edilə bilər. Hazırda demək olar ki, bütün regional səyahətlər Bakıdan başlayır, nəqliyyat, bələdçi xidmətləri paytaxtdan alınaraq regionlara aparılır. Bu isə turların həm keyfiyyətinə, həm də qiymətinə mənfi təsir göstərən amildir. Keyfiyyət baxımından düşünürəm ki, bələdçiliyi yerli insan etsə, daha səmərəli alınar. Məhz yerli insan öz kiçik vətəninin hər bir məkanını tanıyır, onun haqqında daha məlumatlı olur və bir mənalı olaraq, həmin məkanı daha çox sevir, həvəslə yerli ekskursiyalar keçirir. Qiymət baxımından isə paytaxtdan uzağa gedən bələdçi, sürücü və s. xidmət sahəsinin əməkdaşlarının əlavə xərcləri olduğundan onlar daha artıq qiymətlər təklif edirlər”.

S.Dübəndi qeyd edib ki, gözəl infrastruktur yarada bilərik, yalnız onları məharətlə idarə və istismar edən peşəkarlar tələb olunur. Belə insanların sayı isə regionlarda azlıq təşkil edir:

“Odur ki, kompleks işlər çərçivəsində, o cümlədən maarifləndirmə, təkmilləşdirmə, peşə hazırlığı məsələlərinə ciddi diqqət yetirilməlidir. Regionların inkişafı, işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və digər quruculuq işləri əminliklə onu deməyə imkan verir ki, biz ölkədə daha mükəmməl turizm təklifləri, turizm növlərini şaxələndirmək məqsədilə müxtəlif imkanlar yaradırıq. Hesab edirəm ki, regional səviyyədə ümumilikdə ekoturizm və onun komponentləri olan kulinariya, yaşıl, kənd, dərketmə, aktiv və s. turizm növlərini inkişaf edərək, davamlı turizm fəaliyyətlərinə sadiq qalaraq, müvəffəqiyyətlə irəliləyəcəyik”.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov da mövzuya öz münasibətini bildirib. O qeyd edib ki, ötən il Azərbaycana təxminən 2,6 milyon əcnəbi gəlib və böyük əksəriyyəti Bakı və paytaxta yaxın ərazidə qalıb. Digər hissə isə regionlara səfər ediblər:

“Regionlarda hotellərin sayı Bakı ilə müqayisədə elə çox deyil, yəni sıxlığı azdır. Amma bunun əsas səbəblərindən biri quru sərhədlərinin bağlı olması ilə əlaqədardır. Azərbaycana giriş və çıxış nöqtəsi Bakı hava limanı olduğu üçün uçuşların 90 faizindən çoxu Bakı üzərindən həyata keçirilir. Belə olduqda da turistlərin çoxu ölkəyə Bakı üzərindən giriş-çıxış edirlər. Biz turistin ortalama beş gün qalmasını hesablasaq, onun ilk və son günləri paytaxtda olmalıdır. Bu o deməkdir ki, ölkəyə gələn turistlərin ən optimal halda vaxtlarının böyük hissəsini Bakı ərazisində keçir”.

C.Aşurovun sözlərinə görə, bu vəziyyəti optimallaşdırmaq üçün regiondakı beynəlxalq hava limanlarının da devrəyə yə girməsi, daha səmərəli işləməsi müəyyən rol oynaya bilər. Bundan başqa, quru sərhədlər gələcəkdə açılarsa, bu nisbət yəqin ki, bu qədər kəskin fərqlənməyəcək. Sonrakı məsələ isə regionlarda hotellərin sayının artırılması, turizmin inkişafına bağlı atılan addımların atılmasıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Fevral 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri