Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən töhmət verilən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı hörmətsizlik etməsi barədə xəbərlər yayılıb.
Rusiyada yaşayan əslən azərbaycanlı, dünyaşöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabında Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.
Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub.
Modern.az məsələni dəqiqləşdirmək üçün Tahir Əmraslanov ilə əlaqə saxlayıb.
Tahir Əmrqslanov bildirib ki, işdən çıxarılan zaman ona heç bir izah verilməyib: "Livanda Dünya Kulinariya Assosiyasiyasının və Dünya İslam Kulinariyası Assosiyasiyasının Prezidenti seçildim.
Ora ermənilərin, ASALA-nın oturduğu yerdi. Səfir Abbasqulu bəy yanımızdaydı.
Birinci məsələ kimi Lənkəranın dünya mətbəx paytaxtı olması məsələsini gündəmə gətirdik. Tədbir sanki Azərbaycanda keçirilirdi.