Icma.az
close
up
RU
Turizm Agentliyində 2.9 milyon manatı

Turizm Agentliyində 2.9 milyon manatı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən töhmət verilən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı hörmətsizlik etməsi barədə xəbərlər yayılıb.

Rusiyada yaşayan əslən azərbaycanlı, dünyaşöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabında Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub.

Modern.az məsələni dəqiqləşdirmək üçün Tahir Əmraslanov ilə əlaqə saxlayıb.

Tahir Əmrqslanov bildirib ki, işdən çıxarılan zaman ona heç bir izah verilməyib:

"Livanda Dünya Kulinariya Assosiyasiyasının və Dünya İslam Kulinariyası Assosiyasiyasının Prezidenti seçildim. Ora ermənilərin, ASALA-nın oturduğu yerdi. Səfir Abbasqulu bəy yanımızdaydı. Birinci məsələ kimi Lənkəranın dünya mətbəx paytaxtı olması məsələsini gündəmə gətirdik. Tədbir sanki Azərbaycanda keçirilirdi. İkinci gün ermənilərə qarşı yazılmış “Dolma məsələsi bütün şübhələrə son” kitabını 18 ölkə qarşısında təqdim etdik. Onları ingilis, rus dilində payladıq.  Burada da dünya kubokunu udduq. Martın 14-ü mənim ad günüm idi. 15,16,17-si axşamlarında bütün tədbirlər sanki Azərbaycanın idi. Martın 18-i də Novruz bayramı başlayırdı, biz geri qayıtdıq. Sizcə, erməninin biri bunu etsəydi, Ermənistanda ona münasibət necə olardı?

Nailiyyətlər ölkəmizə aid idi. Komandamızı belə təbrik etdilər. Martın 17-də zəng edib dedilər ki, muştuluğumu verin, sizi işdən çıxardıblar. Ən azından bu dünyaya böyük mesaj idi ki, bizim üçün o qələbələrin, kitabların, ermənilərə qarşı duruşun mahiyyəti yoxdur. Mənə qarşı edilən haqsızlıqları keçmək olur. Dünyada  həmişə ayrı-ayrı adamlara qarşı səhvlər, haqsızlıqlar olur.  Bunu həzm etmək mümkündür. Buradan dünya təşkilatlarına məktub yazıb məni ləkələməyə çalışdılar. İki il məhkəmələrdə qaldım. Bunlar Milli Kulinariya Assosiyasiyasına qarşı xüsusi yeni bir ictimai təşkilat yaratdılar. Ermənilərin 2016-cı ildə “Sputnik Armeniya”da verdikləri məqsədlərə çatdılar. Mərkəz məhv olundu. Mənim yerimə mütəxəssis deyil,  çox yaxşı yazıçı, jurnalistin, qeyri-mütəxəssisin təyin olunması Milli Kulinariya mərkəzini məhv etmək üçün idi. İndi də mərkəzdə rəhbərlik edən iqtisadçıdır, yəni sahə adamları deyil. Digər yandan vaksda məndən yazan qrupun arxasında dayanıb gətirdilər dünya təşkilatına, nəticədə bunları 2022-ci ildə assosiativ üzv etdilər, mən milli üzvəm. Bir dəfə milli üzv kimi  1 qəpik maliyyə ayrılmayıb, bir məktubumuza müsbət cavab verilməyib. Bu birilərinə isə maliyyələr ayrıldı”. 

T.Əmraslanov vurğulayıb ki, geniş imkanlara baxmayaraq, yeni mərkəz nailiyyət əldə edə bilməyib, yeyinti edib:

“İllik hesabatlarına görə 2,9 milyon manat pul xərclənib, əslində yeyilib. Bu 2,9 milyon manat  mənim rəhbərlik etdiyim Milli Kulnariya Mərkəzinin 15 illik büdcəsidir. Bizim nə qədər iş gördüyümüz də açıqdır. Məni mərkəzdən çıxardıqdan sonra, 600 kvadrat metrlik yer arenda götürmüşdüm. İçərisində şərəf  muzeyimiz vardı. Ayda 2000 manat kirayə, 14 faiz də vergi verirdim. Bunlar 200 kvadratlıq yerə 4000-6000 mi nə verirlər. 17 adam orada oturur, ofisdir.  Amma 2024-cü ildə ofisə guya 256 minlik iki restoran avadanlığı alıblar. Birincisi bu avadanlıqlar ora yerləşməz. Bunlar "silinir". Bura ofisdir, niyə restoran avadanlığı oraya qoyulmalıdır? Heç kəs orada yemək bişirmir. Həmin 200 kvadrat metr yer 656 min manata təmir olunub. Şəhərdə köhnə tikililərdə qiyməti araşdırsanız, görəcəksiniz ki, bu pula 300-400 kvadratlıq ofis almaq olardı. Bu təkcə bir ildə yeyilən pullardır. Bu məsələlərdə nə dövlət, nə xalq, nə bu təşkilatlar xeyir götürdü. Məni martın 17-si işdən çıxartdılar, yayda Əbu-Dabiyə ilk dəfə Dünya Kulinariya Konqresinə 20-yə yaxın erməni qrupu gəldi, məni görən kimi üzləri çöndü. Bizdən isə oraya 10 nəfər getdi. Çoxu da Dövlət Turizm Agentliyinin məmurları idi, yəni orada lazım olmayan adamlar... Bu qədər dövlət pulu bahalı yerə xərcləndi. Amma bizə - iki nəfərə bilet alənmadı. Dünyada belə şey yoxdur, bizi lağa qoydular. Bunlar yaranandan məni 2 aydan bir işdən çıxarıb, işə götürüblər. Mən o təzyiqlə işləyirdim. Kömək əvəzinə, mane olurdular. Qəbələdə 5-ci Mürəbbə Festivalı keçirildi, Şəkidə 4-cü Beynəlxalq Şirniyyat Festivalı baş tutdu. Dünyanı yığırdıq. Bu və ya digər tədbirlərin keçirilməsi dayandırıldı, qoymadılar. İşdən çıxarandan sonra yayda Vaxda ermənilər yığışıb, bunlar da oradadırlar. İstəyirlər ki, bizə qarşı yazan təşkilatı dünya təşkilatına salsınlar. 2023-cü ildə ermənilər Lüksemburqda ilk dəfə dünya yarışlarına girdilər və qızıl medal aldılar. Bizimkilər də əlləri ətəklərindən uzun geri qayıtdılar, yəni ermənilərin yolu açıldı. Bu, ən dəhşətli məqamdı. Bir adam incidilib cəhənnəmə. Həyatdır, hər şey olur. Bir nəfərin məsələsi olsa, problem yoxdur. Gəlib deyərlər, Tahir müəllim, səhv eləmişdilər, bağışla, bağışlayaram. Ailələri var. Mən heç kəsin tutulmağının, ailəsinə zərbə vurulmasının tərəfdarı deyiləm. Onsuz da bu məsələləri düzəltmir.  2022-ci ildə məni işdən çıxardıqdan sonra ilk dəfə olaraq,  Ermənistan elm, təhsil, idman və mədəniyyət nazirliyinin xüsusi milli irs portalında 250 xörəyimiz yerləşdirildi.  Cavab verən, bunun qarşısında duran olmadı. 2023-cü ildə ingilisdilli ölkələrdə ingiliscə, rusdilli ölkələrdə bunun ruscası yayımlandı. Mətbəximizi bu kitabda ortaya qoydular, guya ki, bu Göyçənin Kəvər kəndinin mətbəxidir. Mən işdən çıxandan sonra Tahir Əmraslanov kitabları yandırır deyə məlumatlar getdi. Bu bir protest idi. Çünki bizim 15 mətbəx nümunəmizi məhv edib ermənilərə verdilər. Bu daha dəhşətli məsələydi. 2024-cü ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyan milli mətbəxin inkişafı məsələsi ilə bağlı çıxış etdi.  Milli irs kimi bunun ortaya qoyulmasına milyonlarla pul ayrıldı. Bütün bunlar onların qarşısını almaq üçün yaradılan mərkəzin iflic vəziyyətinə salınmasına görə baş verdi. Tahir Əmraslanov aralandı və beynəlxalq aləmdə Azərbaycan mətbəxinin təbliğ olunmasına qoymadılar.  Bunlar guya ki, 2,9 milyon mətbəxin təbliğinə xərcləyirlər. Dünyada bir yerdə də Azərbaycan mətbəxini təbliğ etmədilər.  İndi mən “Discovery Global"a bunların hərəkətindən sonra özümü elə apardım ki, kitablarımı yandırıram. Protesti verəndən sonra həmin şeyi düzəltdilər. Amma  7 regionumuzun mətbəxi ermənilərə hədiyyə olunmuşdu. Onlar  onu nüsxə edib saxlayırlar. Düşməni axmaq bilmək lazım deyil.  Bilirsiniz, məni pul yemək üçün çıxarıblar və daha dəhşətlisi 30 ildə etdiklərimizin axırına çıxdılar. Bundan sonra  ermənilər ayılıb, çox gözəl də işləyirlər. Yenidən   30 il lazımdır ki, bunların üç ildə etdiklərini bərpa edək. Məsələ budur. Yoxsa Tahir Əmraslanov kimdi?  Adi bir adamdı. Şairlərimizi, yazıçılarımızı 1937-ci ildə güllələdilər. Səməd Vurğuna hansı təzyiqlər oldu, nə olsun? Onun kitabları qaldı. Amma  bir adam ətrafında söhbət getməsi məni rəncidə edir. Tahir Əmraslaniv kimdir, sıradan bir insandır da. Onsuz da Tahir Əmraslanovu pensiyadan bir il əvvəl işdən çıxarmışdılar, onda da dünyasını dəyişə bilərdi. Belə olmamalıydı axı. Mərkəz, dövlət işləməliydi. Ermənilərə qarşı durulmalıydı. Mərkəzi niyə dağıtdılar?

Şuşa festivalı haqda isə Tahir Əmraslanov bunları deyib:

“Şuşa festivalını oktyabr ayından, yəni şəhər alınmamışdan elan etmişdim.  Çünki bizim  uşaqlar orada döyüşürdülər. Mən də yoldaşımı, köməkçimi götürüb yaralı aşpazın yanına-Naftalan hospitalına getmişdim.  Burada yemək bişirənlər də bizim uşaqlar idi. Danışıq zamanı haradan yaralılar gəlir deyə soruşanda deyirdi ki, daha çox Füzulidən, Zəngilandan gəlirlər. Daha başqa yoxdumu, deyə soruşduqda isə 2-3 nəfər də Daşaltıdan gəlir deyə dilindən qaçırtdı. Onda bildim ki, Şuşa ətrafında əməliyyatlar gedir. O vaxt təbii ki, bunu heç vaxt deməzdim. 20 oktyabrda döyüş zonasındaydıq, həmin gün cənab Prezident sağ olsun, Zəngilanın alındığını elan etdi. Üç istiqamətdə yemək hazırladıq. Geri dönəndən sonra yazıb bəyanat verdim ki, gələn ilin avqustunda Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirirəm, dəvət edirəm. Bunu oxuyan əsgərlərimiz biləcəkdi ki, Tahir Əmraslanov festival elan edibsə, deməli, dövlətlə razılaşdırıb, onda dövlət bilirdj ki, artıq Şuşanı almışıq. 60 dəqiqə verilişində Skabıyeva çıxarıb şəkli də göstərdi ki, ermənilər Kəlbəcərdə evlərini yandırırlar, pis gündədirlər, amma azərbaycanlılar  Beynəlxalq Azərbaycan Kulinariya Festivalı keçirirlər. Halbuki mən yalnız Beynəlxalq Kulinariya Festivalı demişdim.  Sonra da bacardıqlarını etdilər ki, məndən  yazanları qabağa çəkdilər, onlar əsgərlikdə olmayıblar, guya səhhətlərinə görə. Aşbazın işi çox çətindir axı. Mən onlara dedim ki, istəyirsiniz siz də bizim digər aşbazlarımız kimi əsgərlərimizə yemək bişirin. Bunlar qaçdılar, getmədilər. Həmin qrupu Şuşaya aparmaq, bizim hələ ermənilər meşələrdə olduğu zamanda oraya yemək aparan aşbazları aparmamaq qəribəydi. Dava başladı. Həmin aşbazlar oradan necə sıxışdırıldı. Tahir Əmraslanovu Şuşaya buraxmayıblar. Buraxmasınlar. Sonra getdim orqda tədbirlər keçirdim. Dünya dağılmayıb ki. Məsələ Tahir Əmraslanovun məsələsi kimi qoyulanda düz çıxmır. Elə əlsiz-ayaqsız adam deyiləm ki. Çıxandan sonra məni iki dünya təşkilatına  prezident seçildim, UNESCO-ya çay ənənəsini gətirdik və sair.  Bu üç ildə böyük maliyyə ilə Turizm Agentliyinin Qastronomiya şöbəsinin nə qədər əməkdaşı var, 17 nəfər mərkəzdədir.  Böyük resurslarla nə etdilər. Bu durumda bizə 1 qəpik ayırıb, kömək etmədilər. Onlarca məkutubumuza cavab vermədilər. Bunlar 2,9 bir, 1 milyon da bir yedilər, amma söz vermişdilər kitabımızı nəşriyyatda yatır, ermənilərə qarşı bu kitabın çapı üçün 17 min manat tapılmadı ki, büdcədə nəzərdə tutulmayıb. Sonra biz yazdıq gələn ilin büdcəsində nəzərdə tutulub. Azərbaycan Milli Mətbəx mədəniyyətinə ciddi zərbə vurulub. Məsələ Tahir Əmraslanov məsələsi deyil. Onsuz da, hər kəs bir gün işdən də, həyatdan da getməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see428

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see383

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see377

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see309

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see309

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see275

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see260

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see259

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see250

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see242

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see229

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see228

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see225

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see224

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see219

Mütəxəssisdən HPV xəbərdarlığı: Hər 5 nəfərdən 4 ü yoluxur

28 Avqust 2026 23:14see207

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see205

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see201

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see184

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri