Turizm potensialımız Polşa mediasında

28.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşanın “Podróże Wprost” portalında Azərbaycanın turizm imkanlarına həsr olunmuş “Dağlar, saraylar və ay mənzərələrini xatırladan ərazilər. Polşadan uçuş 4 saat çəkir” adlı məqalə dərc edilib.

Məqalədə Azərbaycan polyak turistlər üçün əlçatan və hələ tam kəşf edilməmiş turizm istiqaməti kimi təqdim olunub. Varşavadan Bakıya birbaşa uçuşun təxminən 4 saat davam etdiyi diqqətə çatdırılıb.

Yazıda Bakının tarixi və müasir memarlığı, Şəki Xan Sarayı, Qo­bustanın qayaüstü rəsmləri və pal­çıq vulkanları, Xınalığın qədim irsi, eləcə də Qarabağın turizm potensi­alı ön plana çəkilib. Şuşa Azərbay­can musiqisi və ədəbiyyatının mü­hüm mərkəzi kimi təqdim olunub, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvanın irsinə diqqət yetirilib.

Müəllif Azərbaycanın Avro­pa ilə Asiyanın qovuşağında yer­ləşən, zəngin tarixi-mədəni irsi və rəngarəng təbiəti ilə seçilən tu­rizm məkanı olduğunu vurğulayıb. Elektron viza sisteminin də xarici turistlər üçün əlavə rahatlıq yarat­dığı qeyd edilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью