Turizm potensialımız Polşa mediasında
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşanın “Podróże Wprost” portalında Azərbaycanın turizm imkanlarına həsr olunmuş “Dağlar, saraylar və ay mənzərələrini xatırladan ərazilər. Polşadan uçuş 4 saat çəkir” adlı məqalə dərc edilib.
Məqalədə Azərbaycan polyak turistlər üçün əlçatan və hələ tam kəşf edilməmiş turizm istiqaməti kimi təqdim olunub. Varşavadan Bakıya birbaşa uçuşun təxminən 4 saat davam etdiyi diqqətə çatdırılıb.
Yazıda Bakının tarixi və müasir memarlığı, Şəki Xan Sarayı, Qobustanın qayaüstü rəsmləri və palçıq vulkanları, Xınalığın qədim irsi, eləcə də Qarabağın turizm potensialı ön plana çəkilib. Şuşa Azərbaycan musiqisi və ədəbiyyatının mühüm mərkəzi kimi təqdim olunub, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvanın irsinə diqqət yetirilib.
Müəllif Azərbaycanın Avropa ilə Asiyanın qovuşağında yerləşən, zəngin tarixi-mədəni irsi və rəngarəng təbiəti ilə seçilən turizm məkanı olduğunu vurğulayıb. Elektron viza sisteminin də xarici turistlər üçün əlavə rahatlıq yaratdığı qeyd edilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















