Türk dövlətləri ilə əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
18 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə geniş müsahibə verib.
Dövlət başçısının bu çıxışı təkcə iki ölkə arasında strateji tərəfdaşlığın cari vəziyyətinə deyil, həm də gələcək istiqamətlərə işıq salıb.
Müsahibə həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar baxımdan Türk dünyasının inteqrasiyasına xidmət edən mühüm mesajlarla yadda qalıb.
Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, Azərbaycan və Qazaxıstan münasibətləri “qardaşlıq, etimad və qarşılıqlı hörmət” prinsipləri üzərində qurulub.
Onun sözlərinə görə, bu münasibətlər bu gün regionda dövlətlərarası əməkdaşlığın nümunəsi kimi təqdim oluna bilər.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Qazaxıstanı birləşdirən bağlar təkcə strateji maraqlardan deyil, ortaq tarix, mədəniyyət və dəyərlərdən qaynaqlanır.
Müsahibədə iqtisadi münasibətlərin dinamik inkişafı da xüsusi yer tutub.
Tam oxu
Xəbəri oxu