Icma.az
close
up
RU
Türk dövlətləri ilə əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır

Türk dövlətləri ilə əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

18 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə geniş müsahibə verib. Dövlət başçısının bu çıxışı təkcə iki ölkə arasında strateji tərəfdaşlığın cari vəziyyətinə deyil, həm də gələcək istiqamətlərə işıq salıb. Müsahibə həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar baxımdan Türk dünyasının inteqrasiyasına xidmət edən mühüm mesajlarla yadda qalıb.

Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, Azərbaycan və Qazaxıstan münasibətləri “qardaşlıq, etimad və qarşılıqlı hörmət” prinsipləri üzərində qurulub. Onun sözlərinə görə, bu münasibətlər bu gün regionda dövlətlərarası əməkdaşlığın nümunəsi kimi təqdim oluna bilər. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Qazaxıstanı birləşdirən bağlar təkcə strateji maraqlardan deyil, ortaq tarix, mədəniyyət və dəyərlərdən qaynaqlanır.
Müsahibədə iqtisadi münasibətlərin dinamik inkişafı da xüsusi yer tutub. Prezident İlham Əliyev bildirib ki, son illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi sabit artım nümayiş etdirir. 2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi 547 milyon ABŞ dollarını keçib. Qazaxıstan kapitallı 250-yə yaxın şirkətin Azərbaycanda fəaliyyət göstərməsi bu münasibətlərin praktik təzahürüdür. Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız rəqəmlərlə məhdudlaşmır: “Bizim məqsədimiz ticarət həcmini artırmaqla yanaşı, yeni sənaye və logistika sahələrində birgə layihələr həyata keçirməkdir.”
Prezident İlham Əliyev müsahibəsində Orta Dəhlizin (Middle Corridor) əhəmiyyətini ön plana çəkərək bildirdi ki, bu nəqliyyat marşrutu Qazaxıstan və Azərbaycanın birgə səyləri nəticəsində Asiya ilə Avropa arasında mühüm tranzit xəttinə çevrilib.
Hazırda Qazaxıstan neftinin ildə 1,5 milyon ton həcmində Aktau–Ceyhan marşrutu ilə daşınması barədə razılaşma mövcuddur. Bununla yanaşı, Xəzərin dibi ilə fiber-optik rabitə xətti layihəsi regionun rəqəmsal inteqrasiyasına təkan verəcək.
Müsahibənin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) dair fikirləri olub. Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu gün təkcə siyasi platforma deyil, həm də mədəni, iqtisadi və mənəvi dəyərləri birləşdirən strateji gücdür. Azərbaycan və Qazaxıstan bu təşkilatın əsas dayaqları kimi, ortaq layihələrin icrasında fəal rol oynayır. Türk dünyasının birliyi artıq ideya deyil, praktik reallıqdır. Biz bu birliyin dayanıqlı inkişafına yönəlmiş konkret addımlar atırıq.
Prezident İlham Əliyev diqqəti Xəzər dənizinin səviyyəsinin azalması problemilə bağlı məsələlərə də yönəldib. O, ekoloji təhlükələrin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin elmi əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Beləliklə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinə yeni nəfəs gətirdi. Bu çıxış sadəcə iki dövlət arasında əməkdaşlığın növbəti mərhələsini müəyyənləşdirməklə kifayətlənmir, həm də regional siyasətdə yeni istiqamətlərin əsasını qoyur. Prezidentin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri bu gün təkcə iqtisadi və siyasi deyil, həm də mənəvi və mədəni dəyərlərin vəhdətinə əsaslanır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri