Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakı Astana xətti: yeni regional güc modeli | Icma.…
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib.
Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib.
Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.
Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilətranziti nəzərdə tutulur.
Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.
Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır.
Tam oxu
Xəbəri oxu