Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakı Astana xətti: yeni regional güc modeli

Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakı Astana xətti: yeni regional güc modeli

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.
Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilətranziti nəzərdə tutulur. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.

Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır. Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir.

Prezident qeyd edib ki, 2024-cü ildə Qaazaxıstanla tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin azaldılması ilə bağlı əlavə saziş imzalanıb. Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir.

Enerji əməkdaşlığını dəstəkləyən əsas amillərdən biri Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) səmərəliliyidir. Aktau və Ələt limanlarında infrastrukturun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və qatar parkının yenilənməsi bu marşrutun Avropa ilə Asiyanı birləşdirən əsas tranzit xətti kimi mövqeyini gücləndirir. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə səylərlə enerji, yükdaşımalar və sənaye əlaqələrinin inteqrasiyasına nail olmaqdadır.

İki ölkə arasında gəmiqayırma sahəsində tərəfdaşlıq da mühüm sənaye əməkdaşlığı istiqamətidir. Xəzərdə neftin və digər yüklərin daşınması üçün müasir gəmilərin istehsalı, texnoloji təchizatın müasirləşdirilməsi və birgə istehsal təşəbbüsləri regional sənaye potensialını artırır. Bu əməkdaşlıq həm də yerli istehsal güclərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan–Qazaxıstan münasibətləri təkcə enerji və iqtisadi müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş siyasi və strateji əməkdaşlıq platforması üzərində formalaşır.

TDT türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə (Naxçıvan Sazişi) əsasən Azərbaycan və Qazaxıstan təşkilatın təsisçi üzvləri olmuşlar. Hər iki ölkə TDT-nin inkişafına töhfə verir. Bu görüşlərdə qəbul edilən bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və hərbi gücünü artırmaq, onu qlobal arenada güc mərkəzinə çevirmək istiqamətində mühüm addımlardır. Son illərdə keçirilən Şuşa və Qəbələ Zirvə Görüşləri ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı etimadın daha da dərinləşdiyini göstərib.

Azərbaycan ilə Qazaxıstanı birləşdirən əlaqələrin təməlində ortaq tarix, mədəniyyət və din dayanır. 2023-cü ildə Bakıda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin dərinliyini nümayiş etdirir.
Bu tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin və qarşılıqlı mədəni zənginləşmənin təzahürüdür.

Bununla yanaşı, iki ölkənin qarşısında duran ən aktual problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji tarazlığın pozulmasıdır. Azərbaycan Prezidenti 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə bu məsələni qaldırmış və Xəzərin birgə qorunmasına çağırmışdır. Hazırkı vəziyyətdə Azərbaycan və Qazaxıstan elmi məlumat mübadiləsini gücləndirməli, biomüxtəlifliyin qorunması və ekosistemin bərpası üçün koordinasiyalı tədbirlər həyata keçirməlidirlər. Xəzər dənizi artıq təkcə enerji və nəqliyyat məkanı deyil, həm də ortaq ekoloji öhdəliklərin və birgə fəaliyyətin rəmzinə çevrilməkdədir.

Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı sazişlər iki ölkə arasında etimada, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan dərin əlaqələrin bariz göstəricisidir. Bu əlaqələr yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir. Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.

Pərvanə Vəliyeva

MM deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri