Türk Dövlətləri Təşkilatı strateji gücə doğru | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
XXI əsrin geosiyasi çağırışları şəraitində Azərbaycan müstəqil və balanslı xarici siyasəti ilə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla aktiv əməkdaşlıq edən Azərbaycan beynəlxalq hüququn qorunması, regional sabitliyin təmin olunması və çoxtərəfli dialoqun inkişafı istiqamətində önəmli addımlar atır.
Bu strategiya ölkəmizin artan beynəlxalq nüfuzunu və strateji mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlığa böyük önəm verir və Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi naminə qətiyyətli və məqsədyönlü siyasət həyata keçirir.
Bu siyasət çərçivəsində Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhlükəsizlik məsələlərinin gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.
Türk Dövlətləri Təşkilatı təkcə regional sülh və sabitliyin təminatçısı deyil, həm də qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün strateji platformadır.
Bu mövqeyini daha da möhkəmləndirən Azərbaycan regionda həm siyasi, həm də iqtisadi güc kimi yüksəlir və beynəlxalq arenada öz təsir dairəsini genişləndirir.
Tam oxu
Xəbəri oxu