Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı strateji gücə doğru

Türk Dövlətləri Təşkilatı strateji gücə doğru

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

XXI əsrin geosiyasi çağırışları şəraitində Azərbaycan müstəqil və balanslı xarici siyasəti ilə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla aktiv əməkdaşlıq edən Azərbaycan beynəlxalq hüququn qorunması, regional sabitliyin təmin olunması və çoxtərəfli dialoqun inkişafı istiqamətində önəmli addımlar atır. Bu strategiya ölkəmizin artan beynəlxalq nüfuzunu və strateji mövqeyini daha da möhkəmləndirir. 

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlığa böyük önəm verir və Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi naminə qətiyyətli və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət çərçivəsində Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhlükəsizlik məsələlərinin gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür. Türk Dövlətləri Təşkilatı təkcə regional sülh və sabitliyin təminatçısı deyil, həm də qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün strateji platformadır. Bu mövqeyini daha da möhkəmləndirən Azərbaycan regionda həm siyasi, həm də iqtisadi güc kimi yüksəlir və beynəlxalq arenada öz təsir dairəsini genişləndirir. Azərbaycanın bu qətiyyətli və davamlı siyasəti Türk dünyasının birliyini təmin etməklə yanaşı regionun gələcək inkişafına istiqamət verən əsas dayaqlardan birinə çevrilir. Qurumun yüksək səviyyəli toplantılarının Azərbaycanda keçirilməsi təkcə coğrafi və texniki seçim deyil, Prezident İlham Əliyevin Türk dünyasında formalaşdırdığı siyasi etimadın, liderlik nüfuzunun və prinsipial mövqeyinin real təsdiqidir. Məhz ölkəmizin başçısınım təşəbbüskarlığı və strateji baxışı nəticəsində Azərbaycan bu təşkilat çərçivəsində mühüm qərarların qəbul edildiyi, ideyaların formalaşdığı və birliyin gücləndiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Bu, həm də Türk dünyasında Azərbaycanın rolunun sadəcə iştirakçı yox, istiqamətverici gücə çevrildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən ardıcıl və milli maraqlara söykənən xarici siyasət Azərbaycanın həm regional, həm də qlobal miqyasda söz sahibinə çevrilməsini təmin etmişdir. 

Türkdilli ölkələrlə əlaqələrin sistemli şəkildə dərinləşdirilməsi Azərbaycan Respublikasının xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin türkdilli dövlətlərə mütəmadi və məqsədyönlü səfərləri təkcə dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi deyil, həm də Türk Dövlətləri Təşkilatının geosiyasi çəkisinin artırılması strategiyasının tərkib hissəsidir. Azərbaycan Prezidentinin Qazaxıstana son rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu səfər Azərbaycanın təşkilat daxilində koordinasiyaedici və istiqamətverici rolunun praktik təzahürü olmaqla yanaşı dövlətimizin başçısının Türk dünyasında vahid mövqenin formalaşdırılması və strateji inteqrasiyanın təmin olunması istiqamətində liderlik iradəsinin növbəti nümayişi kimi yadda qaldı. Səfər çərçivəsində imzalanmış sənədlər, keçirilmiş yüksək səviyyəli görüşlər və verilmiş siyasi mesajlar göstərdi ki, Azərbaycan artıq Türk Dövlətləri Təşkilatında yalnız fəal iştirakçı deyil, proseslərə yön verən, inteqrasiyanı təşviq edən və birliyi strateji gücə çevirən əsas aktor kimi çıxış edir. Ölkə başçısının siyasi xətti bu təşkilatın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir və bu yanaşma Türk dünyasının regional güc mərkəzinə çevrilməsi yolunda mühüm addım hesab olunur. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının institusional inkişafı, strateji əməkdaşlığın dərinləşdirilməsi və üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Azərbaycanın TDT çərçivəsində artan rolu bu liderliyin real nəticəsidir. Azərbaycan liderinin Qazaxıstana səfəri isə bu siyasi xəttin davamı və türk dünyasının birliyi naminə atılmış növbəti mühüm addım kimi yadda qaldı.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri