Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Birliyi ABŞ-ın bölgədən çəkilməsi və Ukrayna böhranının dərinləşməsi fonunda yeni tərəfdaşlara və enerji mənbələrinə ciddi şəkildə ehtiyac duyur.
Bu baxımdan Mərkəzi Asiya türk dövlətlərinin yeraltı sərvətlərinin Avropaya təhlükəsiz şəkildə nəqli Avropa sənayesinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Lakin AB-də qərarların yekdilliklə qəbul olunması səbəbindən Yunanıstan və Cənubi Kipr kimi üzv ölkələr bu prosesə psixoloji təzyiq göstərirlər.
Bu fikirləri Axar.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay Orta Asiyanın türkdilli ölkələrinin Kipr Respublikası (Yunan Kipri) ilə diplomatik münasibət qurmasının səbəbləri və bu addımın Turan birliyi ideyası ilə necə uzlaşdığına dair danışarkən səsləndirib.
Oqtayın sözlərinə görə, Avropa Birliyinin bölgəyə 12 milyard dollarlıq sərmayə yatıracağına dair bəyanatı faktiki olaraq bu ölkələrin Cənubi Kiprlə diplomatik münasibətlər qurmasına zəmin yaradıb: “Türkiyə bu prosesi yaxından izləyir.
Hər hansı bir açıqlama verməməsinin əsas səbəbi hər bir müstəqil dövlətin xarici siyasətini öz maraqları və prioritetləri əsasında formalaşdırması prinsipidir.
Buna görə də bu ölkələrin yunan Kipri ilə bağlı verdikləri qərara beynəlxalq münasibətlər baxımından nəzakətlə yanaşmaq lazımdır.