Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyi ABŞ-ın bölgədən çəkilməsi və Ukrayna böhranının dərinləşməsi fonunda yeni tərəfdaşlara və enerji mənbələrinə ciddi şəkildə ehtiyac duyur. Bu baxımdan Mərkəzi Asiya türk dövlətlərinin yeraltı sərvətlərinin Avropaya təhlükəsiz şəkildə nəqli Avropa sənayesinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Lakin AB-də qərarların yekdilliklə qəbul olunması səbəbindən Yunanıstan və Cənubi Kipr kimi üzv ölkələr bu prosesə psixoloji təzyiq göstərirlər.

Bu fikirləri Axar.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay Orta Asiyanın türkdilli ölkələrinin Kipr Respublikası (Yunan Kipri) ilə diplomatik münasibət qurmasının səbəbləri və bu addımın Turan birliyi ideyası ilə necə uzlaşdığına dair danışarkən səsləndirib.

Oqtayın sözlərinə görə, Avropa Birliyinin bölgəyə 12 milyard dollarlıq sərmayə yatıracağına dair bəyanatı faktiki olaraq bu ölkələrin Cənubi Kiprlə diplomatik münasibətlər qurmasına zəmin yaradıb:

“Türkiyə bu prosesi yaxından izləyir. Hər hansı bir açıqlama verməməsinin əsas səbəbi hər bir müstəqil dövlətin xarici siyasətini öz maraqları və prioritetləri əsasında formalaşdırması prinsipidir. Buna görə də bu ölkələrin yunan Kipri ilə bağlı verdikləri qərara beynəlxalq münasibətlər baxımından nəzakətlə yanaşmaq lazımdır.

Bununla yanaşı, həmin ölkələrin Türk Dövlətləri Təşkilatında yer alması və TDT-də Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda iştirakı göstərir ki, bu qərarı verən dövlətlər Kipr məsələsində ya yetərincə məlumatlandırılmayıb, ya da Türkiyənin həssasiyyətləri onlara tam şəkildə çatdırılmayıb”.

Ekspertin fikrincə, Türkiyədə həm daxili, həm də xarici siyasətdəki gərginlik fonunda bu dövlətlərin Cənubi Kipri tanıması ölkə daxilində narazılıq yaradıb:

“Hazırkı şəraitdə bəzi dairələr bu vəziyyətdən istifadə edərək məsələni süni şəkildə şişirdir. Hökumətin ən böyük səhvlərindən biri isə xarici siyasəti daxili siyasi böhranları yumşaltmaq məqsədilə istifadə etməyə çalışmasıdır. Digər tərəfdən, təşkilatın rəhbərliyinə gətirilmiş Binəli Yıldırımın (Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri - red.) yaşı və mövzuya tam hakim olmaması, prosesi izləməkdə çətinlik çəkməsi bir sıra mənfi nəticələr doğurur. Bu da göstərir ki, Türkiyədə xarici siyasəti uğurla aparmaq və diplomatik prosesləri idarə etmək həm çətindir, həm də yüksək maliyyə tələb edir. Bu sahədə psixoloji təzyiqə davam gətirə biləcək hazırlıqlı siyasətçilərin olması vacibdir”.

Oqtay əlavə edib ki, Türkiyənin bu prosesdə zəif informasiya siyasəti və əsas fiqurların passivliyi də diqqət çəkir:

“Xarici İşlər Nazirliyinə təyin olunan keçmiş kəşfiyyat rəhbəri Hakan Fidan əvvəlki strukturun prioritetlərini yeni quruma tətbiq etməyə çalışır. İsrail–Qəzza məsələsini qeyri-mütənasib şəkildə gündəmdə saxlamaqla və sadəcə ritorik çıxışlarla kifayətlənməsi, konkret addımlar atmaması, həmçinin onun barəsində yayılan “Ərdoğandan sonra prezident olacaq” tipli xəbərlər onu təsirsiz fiqura çevirib”.

Ekspert hesab edir ki, Türkiyə Avropa Birliyi ilə münasibətlərdə daha sərt və strateji xətt yürütməlidir:

“Məsələn, Cənubi Kiprin statusunu dəyişdirmək və ya Egey adalarının geri qaytarılması məsələlərini gündəmə gətirmək mümkündür. ABŞ bölgədən çəkildikdən sonra Cənubi Kipr və Yunanıstan Avropa Birliyinin təhlükəsizlik baxımından ilk gözardı ediləcək üzvləri olacaq – bu, açıq şəkildə ifadə olunmalıdır.

Kim Cənubi Kipri tanısa, bölgədə bu dövlətin yaşamaq şansı yoxdur. Avropa Birliyi Türküstan coğrafiyasına təsir göstərməyə çalışarkən, Rusiyanın Ukrayna vasitəsilə Avropanı təhdid etməsi ehtimalı nəzərə alındıqda, AB-nin Türkiyə və Polşanın hərbi gücünə ehtiyacı aydın görünür.

Ukrayna məsələsində Avropa Birliyi ilə Rusiya arasında vasitəçi rolunu öz üzərinə götürən Türkiyə gələcəkdə Krım məsələsində də söz sahibi olmalı və beynəlxalq hüquqi alətlərdən istifadə etməlidir”.

Sonda Həsən Oqtay qeyd edib ki, AB-nin geosiyasi vəziyyətdən istifadə edərək başlatdığı proses türk birliyinə zərər verməyəcək:

“Türküstan dövlətlərinin öz regional maraqlarından çıxış edərək AB ilə başlatdığı əməkdaşlıqda Cənubi Kiprin tanınması nə türk birliyinin dağılmasına, nə də Turan ideyasından imtina edilməsinə səbəb olacaq. Türk Dövlətləri Təşkilatı da dağılmayacaq, əksinə, daha mühüm birlik halını alacaq, çünki buna hamının ehtiyacı var

Cənubi Kiprin bölgədə sıxışdırılaraq şimala – dolayısı ilə Türkiyəyə ilhaq edilməsinin yolu açılmalıdır. Problem yarandıqda dərhal psixoloji dağılma yaşamaq və bir-birimizə qarşı çevrilmək əvəzinə, onu öz xeyrimizə yönəldə biləcək addımlar atmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Aprel 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri