Türk dünyası üçün strateji seçim | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır. Lap bu yaxınlarda 4-cü Antalya Diplomatiya Forumu baş tutdu.
Təəssüf ki, Orta Asiyanın dörd türk dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan – bu mühüm tədbirdə iştirak etmədi.
Daha da diqqətçəkəni odur ki, bu ölkələr eyni zamanda Cənubi Kiprdə səfirlik açaraq, faktiki olaraq Yunan Kiprini (Kipr Respublikasını) tanımış oldular.
Bu addım Türkiyədə və türk dünyasında haqlı suallar doğurdu.Avropa İttifaqı bu ölkələrə ümumilikdə 12 milyard avro vəsait ayırdı.
Hər bir ölkəyə təxminən 4 milyard avro düşür. Formal olaraq bu vəsait Orta Dəhliz layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Lakin diplomatik ritorika göstərir ki, bu, sırf iqtisadi layihə deyil – siyasi qarşılıq gözlənilən bir investisiyadır.
Bu qarşılıq isə, görünür, Kipr məsələsində Türkiyənin mövqeyinə qarşı atılan addımlardır.Reallıq budur: Orta Dəhliz — Çin, Orta Asiya, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedən alternativ ticarət marşrutudur.
Bu marşrut yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türk dünyasının gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu