Icma.az
close
up
RU
Türk dünyası üçün strateji seçim

Türk dünyası üçün strateji seçim

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Lap bu yaxınlarda 4-cü Antalya Diplomatiya Forumu baş tutdu. Təəssüf ki, Orta Asiyanın dörd türk dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan – bu mühüm tədbirdə iştirak etmədi. Daha da diqqətçəkəni odur ki, bu ölkələr eyni zamanda Cənubi Kiprdə səfirlik açaraq, faktiki olaraq Yunan Kiprini (Kipr Respublikasını) tanımış oldular. Bu addım Türkiyədə və türk dünyasında haqlı suallar doğurdu.
Avropa İttifaqı bu ölkələrə ümumilikdə 12 milyard avro vəsait ayırdı. Hər bir ölkəyə təxminən 4 milyard avro düşür. Formal olaraq bu vəsait Orta Dəhliz layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Lakin diplomatik ritorika göstərir ki, bu, sırf iqtisadi layihə deyil – siyasi qarşılıq gözlənilən bir investisiyadır. Bu qarşılıq isə, görünür, Kipr məsələsində Türkiyənin mövqeyinə qarşı atılan addımlardır.
Reallıq budur: Orta Dəhliz — Çin, Orta Asiya, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedən alternativ ticarət marşrutudur. Bu marşrut yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türk dünyasının gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının birgə işlədiyi bu layihə, həm Çinə, həm də Avropaya alternativ bir əlaqə təqdim edir. Bu dəhliz uğurla reallaşarsa, türk dövlətləri arasında real iqtisadi və siyasi inteqrasiyanın təməl daşına çevrilə bilər.
Daha da önəmlisi, bu layihənin uzunmüddətli uğuru birbaşa olaraq Türkiyənin iqtisadi yüksəlişi və geosiyasi təsir gücünün artması deməkdir. Orta Dəhliz, Türkiyənin mərkəzi oyunçu kimi Avropa-Asiya ticarət yollarında söz sahibi olmasını təmin edəcək və ölkənin nəqliyyat, logistika, enerji və sənaye sahələrində sıçrayışına yol açacaq.
Belə bir məqamda Avropa İttifaqı bir tərəfdən bu layihəni maliyyələşdirir, digər tərəfdən isə öz maraqları naminə həmin ölkələri Türkiyədən uzaqlaşdırmağa çalışır. Bu ziddiyyətli vəziyyət təbii sual doğurur: pul qarşılığında milli mövqelərdən və qardaşlıq bağlarından imtina edilməlidirmi?
Bəziləri bu addımı "manqurtluq", bəziləri isə “rialist siyasət” adlandırır. Əslində isə bu, çoxqatlı diplomatik oyunun bir hissəsidir. Dövlətlər emosiyalarla deyil, maraqlarla idarə olunur. Lakin burada sual budur: Uzunmüddətli strateji maraqlar pul qarşılığında qurban verilə bilərmi?
Kipr məsələsinə gəldikdə, dünya uzun illərdir Şimali Kipr Türk Respublikasını tanımır. Gerçəklik odur ki, BMT və Aİ yalnız yunan administrasiyasını "leqal" hesab edir. Belə olan halda, bəlkə də daha doğru yol, türklərin vahid Kipr daxilində bərabər hüquq və təhlükəsizliyinin təmin olunmasıdır? Bu, nəinki real, həm də daha davamlı və beynəlxalq dəstəkli bir həll ola bilər.
Nəticə olaraq: Orta Asiya ölkələrinin hazırkı siyasəti onların milli maraqlarına uyğun ola bilər. Amma Türk dünyasının birliyi və güclü iqtisadi-siyasi blok kimi formalaşması üçün Orta Dəhliz kimi layihələrə prioritet yanaşma, həmrəylik və uzaqgörənlik tələb olunur. Çünki bu layihənin gerçəkləşməsi həm də Türkiyənin gələcəyidir. Əks halda, qazanılan milyardlar birliyə gedən yolu itirə bilər...
Rəfael Eminov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Aprel 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri